Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edibTbilisi, 23 yanvar 2016-cı il, AZƏRTAC

Azərbaycan Xalq
Cümhuriyyətinin
banilərindən biri,
Azərbaycan Milli
Şurasının sədri
Məhəmməd Əmin
Rəsulzadənin
nəslindən olan alim,
tibb elmləri doktoru
Gülnarə Rəsulzadə
yanvarın 23-də
Tbilisidə dünyasını
dəyişib.


Mərhumənin dəfn mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Gürcüstandakı səfirliyinin, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Səfirlik adından mərhumənin məzarı önünə əklil qoyulub.

Mərasimdə bildirilib ki, Gülnarə Rəsulzadə atası Mirzə David Rəsulzadənin yolunu uğurla davam etdirib.
AXC dövründə Azərbaycanda məsul vəzifə tutan M.D.Rəsulzadə Tbilisidə “Gürcüstan” qəzetinin təsisçisi və redaktoru olub.
O, 1937-ci ildə repressiyaya məruz qalıb. Gülnarə Rəsulzadə Tbilisidə yaşamasına baxmayaraq daim Azərbaycan naminə çalışıb.
O, Gürcüstanda Azərbaycan mədəniyyətinin, elminin, tarixinin təbliği istiqamətində xeyli işlər görüb.

Xətayi Əzizov,
AZƏRTAC-ın xüsusi müxbiri,
Tbilisi




Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib
"Ziya" qəzetinin və "Zim.Az" saytının
baş redaktoru Müşfiq Borçalı

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan və AXC dövründə Azərbaycanda məsul vəzifə tutmuş,
sonralar isə Tbilisidə “Gürcüstan” qəzetinin
təsisçisi və redaktoru olmuş
Mirzə Davud Rəsulzadənin qızı -
tanınmış alim, tibb elmləri doktoru
Gülnarə xanım RƏSULZADƏnin

vəfatından kədərləndiyini bildirir,
mərhumun ailəsinə, əzizlərinə
və doğmalarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!..


ZiM.Az

.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: