
Diasporla iş üsrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Esmira xanım XƏLİLOVA ZİM.AZ-a bildirib ki, Bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir: "Yaşananlar bölgədə önəmli mövqeyə sahib olan Türkiyə Cumhuriyyətinə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyildir. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır" - deyə bəyanatda vurğulanır.
Azərbaycan diaspor təşkilatları Türkiyənin demokratik və dünyəvi dövlət kimi bundan sonra da qarşıya çıxan bütün maneələri uğurla dəf edəcəyinə inamlarını ifadə ediblər. "Türkiyənin çevrilişlərə və qiyamlara deyil, demokratiyaya ehtiyacı var. Keçmişdə baş verən çevrilişlərin hansı nəticələrə gətirdiyini Türk xalqı yaxşı xatırlayır" - bəyanatda vurğulanır.

Bəyanat Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İsTAD), Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Eskişehir Azərbaycan Dərnəyi, Ankara Türkiyə Azərbaycan Dərnəyi (TAD), Kahramanmaraş Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və digər diaspor təşkilatları adından yayılıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.