Fransanın Nant şəhərində
Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.
Diasporla İş üzrə Dövət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri
Esmira xanım Xəlilova
ZiM.Az-a bildirib ki, Nant şəhəri və ətraf bölgələrdə yaşayan azərbaycanlılarla görüşdə buradakı soydaşlarımızın problemləri, yerli cəmiyyətə inteqrasiya məsələləri, Azərbaycan həqiqətlərinin təbliği, “Fransa Azərbaycan Mədəniyyət Mərkəzi”nin perspektivləri ilə bağlı müzakirələr aparılıb. Nantdakı Azərbaycan diasporunun fəaliyyət perspektivlərin dair fikir mübadiləsi aparan soydaşlarımız cəmiyyətin yaradılmasına dəstək göstərəcəklərini bildiriblər.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatla birbaşa əməkdaşlıq imkanlarını qeyd edilərək, eyni zamanda digər müvafiq dövlət qurumları, Azərbaycan və türk diaspor təşkilatları ilə işbirliyinin vacibliyi vurğulanıb. Fransadakı azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin daha yüksək səviyyədə koordinasiya olunması ilə bağlı təkliflər səsləndirilib. Görüşün sonunda təşkilata kitab və digər hədiyyələr təqdim edib.
Nümayəndə heyəti daha sonra Nantes Türk Kültür Dərnəyinin rəhbəri Davud Keres, Nant şəhəri ətrafında fəaliyyət göstərən digər türk dərnəklərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə Nantdakı Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi məsələləri ilə bağlı müzakirələr edilərək müəyyən razılıqlar əldə edilib.
Sonda diaspor rəhbərlərinə xatirə hədiyyələri təqdim olunub.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.