Professor Abdulla Sofiyev adı dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib

Professor Abdulla Sofiyev adı dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilibAzərbaycanlı elm adamlarının adları Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyat şirkəti tərəfindən dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin son siyahısına daxil edilib.
Siyahı ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən tərtib olunub.


“Karyera boyu təsir” və “İllik təsir” kateqoriyaları üzrə hazırlanan siyahıda alimlərin ixtisaslı nəşrlərinin sayı, bu məqalələrin dərc olunduğu mətbu orqanın dünyada vacibliyi, alimlər tərəfindən alınan patentlərin miqdarı kimi bir çox amillər əsas götürülüb.


İlk dəfə olaraq öz sahəsində dünyanın ən nüfuzlu yüz alimi sırasına həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Sofiyevin adı daxil edilib.

Qeyd edək ki, Abdulla Heydǝr oğlu Sofiyev 1 iyul 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kǝndindǝ anadan olub. 1985-1996-ci illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin (AzTU) Nǝzǝri mexanika kafedrasının aspirantı, assistenti, baş müǝllimi vǝ dosenti vǝzifələrində işlǝyib.

2003-2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindir vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilitǝ probleminin hǝllinǝ nail olub. 2006-2014-ci illǝrdǝ fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil kompozitlǝrdǝn hazırlanmış tabakalı vǝ sendviç örtüklǝrin bütöv mühitdǝ stabilitǝ vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapıb. Bu nǝticǝlǝr peyklǝrdǝ, raketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ nüvə reaktorlarında geniş istifadǝ edilir.

Abdulla Sofiyev 200 dǝn çox fundamental elmi mǝqalǝnin müǝllifidir. Bu mǝqalǝlǝrdǝn 120-dǝn çoxu mötǝbǝr beynǝlxalq jurnallarda çap edilib.


Professor Abdulla Sofiyev hazırda Türkiyənin Süleyman Dǝmirǝl Universitetinin İnşaat mühǝndisliyi bölümünün Mexanika kafedrasının müdiridir.

Biz də Abdulla müəllimə yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: