“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır

“Gənclər Evi Gənclərin Evi” Layihəsi başa çatmışdır Azərbaycan Respublikası Prezidenti Yaninda Gənclər Fondunun dəstəyi ilə “Gənclər Evi Gənclərin Evi“ layihəsi həyata keçirildi.

29.09.2016-tarixində Sabunçu Rayon Gənclər Evində “Gənclər Evi Gənclərin Evi” layihəsinin bağlanış mərasimi baş tutdu.

Layihənin icra planına uyğun olaraq 1-ci ay Gənclər Evinin fəaliyyəti ilə tanışlıq və Gənclər Evinin gənclərə göstərdiyi imkanlar araşdırıldı.
2-ci ay-Gənclər Evi haqqında hazırlanacaq videoçarxın ssenarisi yazıldı və çəkilişə cəlb olunacaq gənclər seçildi.3-cü ay-ssenariyə uyğun çəkilişlər aparıldı. Çəkilişlərdə rayonun fəal gəncləri iştirak etmişdir.

Təqdim olunan “Gənclər Evi Gənclərin Evi” layihəsinin əsas məqsədi Respublikamızda fəaliyyət göstərən Gənclər Evlərinə gənclərin çəlb olunması nəzərdə tutulur. Bunun üçün Gənclər Evinin fəaliyyəti ilə bağlı məlumatverici videçarxda Gənclər Evindəki şərait və imkanlar işiqlandırılıb və gənclərin bu mərkəzə çağırışı yer alıb.
Ümid edirəm ki, Gənclər Evinin imkanları ilə tanış olan məktblilər və gənclər bu mərkəzə üz tutacaq və bu imkanlardan bəhrələnəcəklər.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: