Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında yayımlanacaq

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında yayımlanacaq Borçalı aşıq mühitinin görkəmli nümayəndəsi, ozan sənətinin inkişafında böyük rolu olan Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi Huseyin Saraclinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi 6 dekabr saat 19.50-də Mədəniyyət kanalında efirə gedəcək.

Bu barədə saytımıza "Mədəniyyət" kanalının redaktoru Adil Quliyev məlumat verib.

Qeyd edək ki, ustad Hüseyn Saraclının anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley və xatirə gecəsi noyabrın 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Müslim Maqomayev adına Dövlət Filarmoniyanda keçirilib.

İradə SARIYEVA,
ZiM.Az



My Webpage

[media=http://www.myvideo.az/tv/medeniyet&seekTime=06-12-2016%2019:48]


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: