10 yaşlı "UĞUR"a uğurlar arzulayırıq!..

10 yaşlı "UĞUR"a uğurlar arzulayırıq!.. 10 yaşlı "UĞUR"a uğurlar arzulayırıq!.. Bildiyimiz kimi, əgər Sovet dövründə - ötən əsrin 60-80-ci illərində Gürcüstanda Azərbaycan dilində bir mərkəzi ("Sovet Gürcüstanı", indiki "Gürcüstan") və 4 rayon qəzeti (Başkeçiddə - indiki Dmanisidə "Trialeti", Bolnisidə "Qələbə Bayrağı", Sarvanda - indiki Marneulidə "Yeni Marneuli" (sonralar "Kvemo Kartli") Qarayazıda - indiki Qardabanidə "Samqori") çap olunurdusa, XX əsrin sonlarında vəziyyət daha da pisləşmiş, rayon qəzetləri bağlanmış, mərkəzi "Gürcüstan" (keçmiş "Sovet Gürcüstanı") qəzeti isə həm həcmini, həm də dövriliyini azaltmağa məcbur olmuşdur. Həftədə 3 dəfə 2 çap vərəqi həcmində Azərbaycan dilində çap olunan yeganə qəzet, həfətədə yox, ayda 2-3 nömrə, həm də kiçik formatda 4 səhifə olmaqla çətinliklə də olsa özfəaliyyətini davam etdirməyə çalışmışdır.
Gürcüstan müstəqillik əldə etdikdən bir neçə il sonra, daha dəqiq desək, XXI əsrin əvvəllərindən burada vəziyyət bir qədər yaşılığıa doğru dəyişmişdir.
Belə ki, son dövrlər Gürcüstanda Azərbaycan dilində bir neçə qəzet və jurnal nəşr olunmağa başlamışdır. Xüsusilə də Tiflisdə Azərbaycan ədəbi mühiti yenidən canlanmağa başlamışdır.
Doğrudur, onların bəziləri artıq fəaliyyətini dayandırmış, bəziləri də ara-sıra fasilələrlə oxucularının ixtiyarına verilir.

Amma böyük fərəhlə qeyd etməliyik ki, Qarayazıda (indiki Qardabanidə) fəaliyyət göstərən “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı”nın təsisçiliyi və istedadlı qələm sahibi Hacı Bəkiroğlunun redaktorluğu ilə 2006-cil ildənndan start götürərək müntəzəm nəşr olunan "UĞUR" adlı jurnal, 10 il ərzində maraqlı yazıları ilə oxucularının rəğbətini qazanıb. Jurnalın artıq 49 sayı işıqüzü görüb, 50-ci say çap olunmaq üçün mətbəəyə təhvil verilib, yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.

Bu günlərdə Gürcüstan müxbirimiz Mirzə Məmmədoğlu “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı”nda olmuş, "UĞUR" jurnalının redaksiyasında jurnalın rektoru Hacı Bəkiroğlu ilə görüşüb ondan müsahibə almışdır. Biz də 10 yaşlı "UĞUR" jurnalına şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayır və aşağıda həmin müsahibəni dəyərli izləyicilərimizə təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az





.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: