Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması

Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması XX əsrin ikinci yarısında
bir qərinədən çox
Gürcüstan radiosunda
diktor işləyən
unudulmaz ziyalımız
mərhum Ələddin Həsənli
hər gün özünün məlahətli,
cəlbediçi səsi ilə soydaşlarımızın
ürəyinə asanlıqla
yol tapa bilmişdir.
O, həm də istər yüksək
səviyyəli tədbirlərdə,
istərsə də xudmani
məclislərdə saz çalıb
mahnılar da oxuyardı.


Hazırda Tiflisdə yaşayıb-yaradan tanınmış tədqiqatçı-jurnalist və tərcüməçi Mirzə Məmmədoğlu
Gürcüstan radiosunda işləyərkən müxtəlif rayonlarda yaşayan Borçalı aşıqlarını ziyarət edərək yerlərdəcə
onların ifa etdikləri saz havalarını, aşıq mahnılarını lentə alır, vaxtaşırı radionun efirində səsləndirirdi.
Günlərin bir günündə, daha dəqiq desək, 1998-ci ildə rəhmətlik Ələddin Həsənlinin evində xudmani bir məclis zamanı Mirzə müəllim onun ifasında bir neçə mahnını lentə almışdır. Maraqlı haldır ki, Ələddin Həsənlinin ifa etdiyi mahnıların demək olar ki, əksəriyyəti öz rayonundan, Bolnisidən olan şairlərin sözləri üstündədir.

Ələddin Həsənlinin əziz xatirəsini yad etmək məqsədi ilə Mirzə Məmmədoğlu, neçə illərdir ki şəxsi arxivində qoruyub saxladığı həmin lent yazısını bizə təqdim etdi, biz də ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.




Mirzə Məmmədoğlu yazır: "Həmin vaxtlar bir redaktor kimi inamla deyə bilərəm ki, Gürcüstan radiosu deyəndə Ələddin Həsənli yada düşürdü, Ələddin Həsənli deyəndə Gürcüstan radiosu yada düşürdü. O, bu gün artıq aramızda yoxdur, lakin onun əziz xatirəsi onu tanıyanların, eləcə də sənətsevərlərin ürəyində daim yaşayacaqdır. Mən də öz növbəmdə onun xatirəsini yad etmək məqsədilə ifasında şəxsi arxivimdə saxladığım bir ədəbi verilişi - Xalq şairimiz Zəlimxan Yaqubun "Saz" poemasını Ələddin Həsənlinin ifasında sizlərə təqdim edirəm."

Zəlimxan Yaqubun "Saz" poeması Ələddin Həsənlinin ifasında



Biz də öz növbəmizdə ZiM.Az-ın bütün Yaradıcı Heyəti və dəyərli oxucuları adından
hörmətli Mirzə müəllimə təşəkkür edir, Azərbaycanın Xalq şairi Zəlimxan Yaquba və
unudulmaz eloğlumuz Ələddin Həsənliyə Allahdan rəhmət diləyir, "Yeriniz behişt olsun!" - deyirik.
Amin!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: