Xalqımızın dəyərli ziyalısı
və xeyriyyəçi xanımı,
çox hörmətli Gülnarə xanım Əhmədovanın oğlu Bəhramın gül balası
Həmidin sünnət toyunda
əziz alim və şair dostlarımızla birlikdə - Hövsandakı "Delfin" restoranının həyətində qurulmuş möhtəşəm mağarda Azərbaycanın Xalq artıstı Könül xanım Xasıyevanın gözəl və həzin ifasında muğamlarımızı dinləmək bizim üçün necə də xoş idi...
Sağdan sola: Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, dekan müavini, professor Məhərrəm Hüseynov, "Respublika" qəzetinin müxbiri, "Şərqin səsi" qəzetinin məsul katibi Rauf İlyasoğlu, AzTU-nun şöbə müdiri, "Ziya" və "Şərqin səsi" qəzetlərinin və eləcə də ZiM.Az saytının baş redaktoru, tanınmış filoloq-jurnalist Müşfiq Borçalı, istedadlı şair Rizvan Şəmkirli və jurnalist Ceyhun Arifoğlu.
Bir sözlə,
El toyunun
bütün iştirakçıları
adından bir daha
Gülnarə xanımı
ürəkdən təbrik edir,
ona göz aydınlığı verir,
Allah xeyir versin! - deyirik...
Gün o gün olsun ki,
Həmidin böyük toyuna
yığışaq...
Dərin hörmətlə,
Günay NOVRUZ,
ZiM.Az-ın redaktoru.
El toyundan hazırlanmış video-süjetə baxmaq üçün
aşağıdakı səhifəyə
link edə bilərsiniz:
My Webpage
https://vimeo.com/128258763
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.