"Gözlərimin Bəbəyisən, BORÇALIM!.." = = = = = = = = = = Oxuyur: Dilşad MUSAYEVA; Sözləri:Vahid ƏLİOĞLUnundur.

"Gözlərimin Bəbəyisən, BORÇALIM!.." = = = = = = = = = = Oxuyur: Dilşad MUSAYEVA; Sözləri:Vahid ƏLİOĞLUnundur. Dəyərli eloğlumuz, tanınmış ziyalı, ADU-nun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-hüquqşünas,
Xocalı hadisələrinin şahidi,
təqaüddə olan polis-polkovniki
Vahid Əlioğlunun
"BORÇALIM" sərlövhəli şeirinə
istedadlı elqızımız,
tanınmış müğənni
Dilşad xanım Musayeva
gözəl bir mahnı bəstələyib.
Həmin mahnını elə
Dilşad xanımın öz ifasında
ZiM.Az-ın dəyərli izləyicilərinə təqdim edirik:





"Gözlərimin Bəbəyisən, BORÇALIM!.." = = = = = = = = = = Oxuyur: Dilşad MUSAYEVA; Sözləri:Vahid ƏLİOĞLUnundur.REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Vahid ƏLİOĞLU: “Sevgi ürək yaraşığı”


Bu günlərdə istedadlı qələm sahibi, şair
Vahid ƏLİOĞLUnun (Əliyev Vahid Əli oğlu)
“Sevgi ürək yaraşığı” adlı şerlər kitabı
“QAPP-POLİQRAF” Nəşriyyat-Poliqrafiya müəs­­sisəsi tərəfindən nəfis şəkildlə çap olu­naraq oxu­cuların ixtiyarına verilmişdir.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır.

Şerlərdə müəllif sevgi və məhəbbət barədə düşün­cə­lə­rini, qəlbindən süzülən hiss və həyacanlarını, duyğularını poetik misralara çe­virib oxucuları ilə bölüşdürür.
Kitaba Fəlsəfə elmləri doktoru, professor Həmid İMANOV «SEVGİ DUY­ĞULARI» sərlövhəli ön söz yazmışdır.
Həmin ön sözdə oxuyuruq:

«Söz candır. Söz “can olanda” şairin nəfəsini duyursan, səsini eşidirsən, ağrısını, əzabını, sevincini, kədərini hiss eləyirsən.
Şairin ruhu şerlərində əks olunur. Vahid Əlioğlunun da ruhu şerlərində gün işığı kimi görünür. Şairin şerlərindən kədər, həsrət, ayrılıq qırmızı xətlə gəlib keçir. Vahidin yaradıcılığında boy göstərən kədər əslində onun iste­dadından, güclü poetik təfəkkürə malik olduğundan xəbər verir. Bu mə­nada şair Vahidin hərdən qəmli nota “köklənməsi” də, sevgi şerlərində bir Məcnun kədəri, bir Kərəm yanğısı duyulması da təbiidir. O, həm düşünür, həm də düşündürür. Kövrək duyğular şairi kimi onda poetik təfəkkür güclüdür.»

Bəli, həqiqətən də bu belədir. Vahid Əlioğlu sevgi şerlərində də bəşəri hiss­lərlə yaşadığını büruzə verir. Şair narahatdır. Onun narahatlığının da öz mən­tiqi, öz mənası var:

Çətindir, dözəsən tənhalıq dərdi,
Sevgisiz yaşanan ömür hədərdi.
Bir vaxtlar Vahid də səni sevərdi,
Sənsiz yaşadığım illərə hayıf.

Həmişə yeni fikir axtarışında olan şair özünəməxsus bir yolla irəliləyir. Heç kimi təkrarlamır, heç kimə bənzəmir, təsir altına düşmür, heç kimə oxşamağa çalışmır, necə deyərlər, ürəyinin səsini qələmə alır, öz duyğularını, hiss və həyəcanlarını poetik misralara çevirir.

Şair V.Əlioğlu sözdən şeh çəkir, şirə çəkir. Öz sevgi dərdini, həsrətini, ayrılığın dərd yükünü kövrək pıçıltı ilə danışır, ancaq bəzən də elə olur ki, şairin pıçıltıları göy gurultularına çevrilir. Və bu göy gurultusundan Vahid məhəbbəti öz böyük əzəmət və ucalığı ilə ürəyimizi yerindən oyadır. Vahid şerlərinə kədər də hopub, sevinc də. Deməli, şair qəlbinin notlarını kağız üzərinə köçürə bilir:

Bu dərd ürəyimi nar kimi sıxıb,
Şahmar ilan kimi çalanda bildim.Və yaxud:
Dözərdim dünyanın min cəfasında,
Çətindir, dözəsən ayrılıq dərdi.

Şair qəlbinin ağrılarını yazdığı şerlərilə ovudur.
Sevgi şerlərində mənəvi saflıq və təmizlik var, halallıq var. O, sevməyi də bacarır, iztirab çəkməyi də. Həyəcanlarını, duyğularını hisslərinin “diliylə” açıqlayır.
Vahid Əlioğlu məhəbbət şairidi. Yazdığı şerlər - yuxusuz gecələridir.

Hər şeir ömrün bir anıdır, bir taledir, bir dünyadır. Şairin şerlərindən söz açmadım. Buna ehtiyac da duymadım. Şer də övlad kimidir. Yaxşısı, pisi olmaz. Vahid duymağı, sevməyi bacaran insandı. Belə olmasaydı, əlinə qə­ləm ala bilməzdi. Onun qələmindən çıxan şerlərinin zəifi də var, ruhu ox­şa­mayanlara da, uğurlu alınanları da. Ancaq hiss olunur ki, o, şerdən-şerə püx­tələşir, inkişaf edir, öz daxili duyumunu üzə çıxarmağa çalışır.
“Sevgi ürək yaraşığı” şairin ilk şerlər toplusudur. Tanrı qoy həmişə onun qəlbinin səsini eşitsin, diləyini, istəyini qəbul etsin, arzularını çiçəkləndirsin.
Язиз охуъулар!. Vahid Əlioğlunun сиз пoeziya həvəskarlarına ünvanlanmış şerlər toplusunu oxumaqa dəyər. Şairin şerləri istəyinizə layiqdir. Bu şerlər sizə sevgi və məhəbbət gətirəcək. Əminik ki, hər bir oxucu bizim bu fik­rimizlə şərik olacaq və Vahid Əlioğlu şerlərində özünün yaşantısını tapacaq, çünki bu topluda sevgi, məhəbbət, həsrət və intizar fəlsəfi vəhdət təşkil edir. Bizim düşüncəmizə görə, həyat da elə budur.

Sonda isə biz “Sevgi ürək yaraşığı” şerlər toplu­sunun işıqüzü görməsi münasibətilə Vahid Əlioğlunu ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır, aşağıda həmin kitabdan iki şeri oxucularımıza ərmağan edi­rik!

Müşfiq BORÇALI.
«Şərqin səsi» qəzeti,
N: 01 (151), Yanvar, 2005-ci il
.


QARDAŞ

Böyük hörmət bəslədiyim, səmimi insan,
qayğıkeş rəhbər Ramiz ZEYNALOVA
ali rütbə, polis general-mayoru veril­məsi münasibəti ilə


Həmişə sevincdən gülübdür gözün,
Sən üstün gəlibsən hər dərdə, qardaş!
Arxasız kəslərə arxa olmusan,
Aman verməmisən namərdə, qardaş!

Yadıma salıram ötən illəri,
Yollarda vurnuxan qəmi, kədəri.
Sən qanun qılıncı çəkəndən bəri,
Bir qayda yaranıb bu eldə, qardaş!

Bilənlər bilir ki, igidsən, nərsən,
İstəsən göylərdən ulduz dərərsən.
Səni tapa bilməz - ər oğlu, ərsən,
Qüssə də, ağrı da, qəhər də, qardaş!

Dağıtdın yollardan dumanı, çəni,
Qardaş, diz çökdürdün qüssəni, qəmi.
General rütbəsi ucaldar səni,
Xalq səni tanıyır sərkərdə, qardaş!

Bu elin-obanın gözü də sənsən,
Hər yanan ocağın közü də sənsən.
Vahidin söhbəti, sözü də sənsən,
Sənə güvənirəm hər yerdə, qardaş!

2 iyul 2003-cü il


AY GÜLÜM, MƏN SƏNİN HƏSRƏTİNDƏYƏM


Ürəyim intizar içində qalıb,
Gözümün işığı, nuru azalıb.
Sənsizlik dünyamı əlimdən alıb,
Ay gülüm, mən sənin həsrətindəyəm.

Hey səni düşünüb xəyala daldım,
Kim deyir, həyatdan tam razı qaldım.
Sənin gözlərinə tamarzı qaldım,
Ay gülüm, mən sənin həsrətindəyəm.

Bilmirəm mən necə unudum səni,
Unutmaq mümkünmü ürək sevəni?
Ayrılıq od kimi yandırır məni,
Ay gülüm, mən sənin həsrətindəyəm.

Qayıdıb gəlsən də, gəlməsən də sən,
Mənimlə sevinib gülməsən də sən.
Vahidin qədrini bilməsən də sən,
Ay gülüm, mən sənin həsrətindəyəm.



QIŞ ÖMRÜNƏ GƏLƏR BAHAR...

Dünyada elə insanlar var ki, onlar 50 yaşına, 60 yaşına, lap elə 70 yaşına çatanda arxaya dönüb baxanda çox şeyləri görüb, ürəyi sakitləşir. Ürəyi sakitləşir ki, ömürdən ötən o illəri heç də hədər yerə "xərcləməmişəm". Bax, onda insan dərindən rahat nəfəs alır və özünü göyün yeddinci qatında hiss eləyir.
Əlinə qələm alandan poeziyaya, şeirə və əsrarəngiz, sonu görünməyən dünyaya heyran olan şair Vahid Əlioğlu (Əliyev) heç kimə bənzəməyən, heç kimə oxşamayan namuslu və şərəfli bir ömür yaşayıb. O, 60 yaşa çatsa da ürəyi həmişə cavan insanın ürəyi qədər isti, hərarətli olub. Ona görə onun ürəyi isti olub ki, yumuruq boyda bu ürəyə böyük bir dünya yerləşib. Həmin dünyanın şaxtasını, qarını, boranını, çovğununu, istisini, küləyini həmişə Vahid Əlioğlu öz poeziyasında poetik dillə vəsf edib. Elini-obasını, torpağını və vətənini inanmıram ki, Vahid müəllim kimi sevən adam çox ola. Təpədən-dırnağa yurduna-yuvasına və vətəninə bağlı olan bu insan elə bir şeir kitabı yoxdur ki, orda vətəninin əsrarəngiz gözəlliyini, ormanlarını, dağlarını, bağlarını orijinal bir formada qələmə almasın. O nədən yazırsa yazsın, həmişə o misralarda şairin böyük ürək döyüntüsünü duymaq olur. Şair "Eldən ayrı yaşamaram..." şeirində deyir:

Eldən ayrı yaşamaram,
Mən elimə qurban olum.
Ruh oxşayan, can oxşayan,
Öz dilimə qurban olum.

Bilmirəm, insan da vətəninə, elinə, obasına bu qədər də ürəkdən bağlı olarmı?! Hər halda onu el-obaya bağlayan sevgi, istək bəşəri bir duyğudur. O özünü heç vaxt doğulduğu torpaqdan, üstündə gəzdiyi yurd-yuvadan ayrı hiss eləmir. Vahid Əlioğlu hamının qarşısında alnıaçıqdı. Çünki o heç vaxt bu 60 yaşda bir adamın qəlbini sındırmayıb, bir adamın toyuğuna "kiş" deməyib. Hətta o yeriyəndə də addımlarını ehtiyatla atır ki, ayağının altında bir qarışqa qalıb ölə bilər. Elə əsl şair də, əsl insan da belə olmalıdır. Söz düşəndə Vahid Əlioğlu deyir: "Neçə illərdi ki, sözün işığında yol gedirəm. Bu yolun sonu görünmür. Bu yolun sonu varmı görəsən? Görəsən söz gülüstanında hələ dərə bilmədiyim çoxmu çiçəklər qalıb? O çiçəkləri dərə biləcəyəmmi? Bilmirəm. Bircə onu bilirəm ki, Borçalı kimi bir mahalda doğulub saz çalmamaq, şeir yazmamaq inanılası deyil. Mən də sazın və sözün beşiyi olan Borçalı mahalında dünyaya göz açmışam. Saz havacatı üstündə köklənən şeirlər yazmağımın bir səbəbi də budur... Xurşud Banu Natəvanın bənövşə kimi boyun bükdüyünü, Molla Pənah Vaqifin kipriklərində donan göz yaşlarını, Üzeyir bəyin gözlərinə çökən kədəri duymasaydım, Pənah xanın harayını Şuşa dağlarında eşitməsəydim, Cıdır düzündə nalından qığılcım qopan atların kişnərtisini eşitməsəydim, Xarı bülbülün həsrətdən büküldüyünü hiss eləməsəydim şair olmazdım..."
Hər gülün, hər çiçəyin öz ətri olduğu kimi, Vahid Əlioğlunun şeirlərinin də hər birinin öz ətri, öz rəngi, öz çaları var. Bu şair heç kimə oxşamayan bir insandı. Nə yazıbsa, nə qələmə alıbsa hamısı başdan ayağa bulaq suyu kimi tərtəmiz, safdır. Şeirlərindəki səmimiyyət elə Vahid Əlioğlunun özünün daxilindən gəlir. Şair o vaxt böyük şair hesab olunur ki, onun yazdığı ilə əməli bir-birini tamamlayır.
Şair şeirlərində bir fikri də xüsusilə vurğulayıb ki, hər hansı peşə, sənət sahibi olmamışdan qabaq əsl insan olmaq lazımdı. Çünki əsl insanı, əsl vətəndaşı bütün el-oba, bütün insanlar sevir. Vahid müəllim bu 60 ildə çox şey qazanıb. Rütbə alıb, ev-eşik sahibi olub, nəvəsi var. Bunların hamısı Allahın ona verdiyi əvəzsiz nemətdir. Buna görə şair həmişə Ulu Yaradana dua edib şükürlar oxuyur. Onun gözəl bir sözü var: bu dünyada insandan sonra söz qalır. Mənim də bir-iki sözüm olduğuna görə özümü xoşbəxt sayıram.
Bu gün o, 60 yaşında dönüb geri baxanda çox şeylər görür: gözəl ailə, tərbiyəli övladlar və nəvə. Bundan da yaxşı pay olarmı? Və ən yaxşısı namuslu, qürurlu və şərəfli bir ömür. Vahid Əlioğlu həm şair, həm polis, həm də insan kimi bu 60 ili çox qürurla yaşayıb.
Vahid müəllimin dörd şeirlər kitabı çap olunub. Bu kitabın hər misrasında bayaq dediyimiz kimi, onun ürək çırpıntıları yaşayır. O çırpıntılar ki, Vahid Əlioğlu onları zaman-zaman öz ürəyindən, beynindən keçirib poetik misralara çevirib. Şairin şeirlərində sədaqət, məhəbbət və vəfa bir qırmızı xətt kimi üstünlük təşkil edir. Ən başlıcası isə Vahid müəllim harda olubsa, harda işləyibsə və harda yaşayıbsa sədaqətilə seçilib.
Yəqin 60 yaşın astanasında Vahid müəllim bir qədər kövrəlir. Çünki bu yaş həm də qocalığa gedən bir yoldur. Amma qətiyyən Vahid müəllimin hərəkətlərində, həyat tərzində 60 yaşlı adamın hərəkətlərini görmək mümkün deyil. Maşallah, o qədər cəld və çevikdir ki, tanımayanlar ona bəlkə də 45-50 yaş verərlər. Amma zaman öz işini görür. Vahid müəllimin gözəl bir şeiri var: "Kövrəlmə Vahid, kövrəlmə...". Elə bu şeirin aşağıdakı misraları ilə fikrimizi tamamlamaq və şairə gözəl günlər arzulamaq istəyirik və deyirik ki, həmişə belə cavan qalsın, kövrəlməsin:

Qış ömrünə gələr bahar,
Düyün düşmüş dərd açılar.
Yollarına nur saçılar,
Kövrəlmə Vahid, kövrəlmə.

Hər cəfanın səfası var,
Dağ qızının vəfası var.
Çıxıb gedər bu intizar, -
Kövrəlmə Vahid, kövrəlmə.

Mən ölüncə sənə yaram,
Yolunda qurban olaram.
Qadanı özüm alaram,
Kövrəlmə Vahid, kövrəlmə.


Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 4 sentyabr.- S. 10.



"XOCALI" "Gözlərimin Bəbəyisən, BORÇALIM!.." = = = = = = = = = = Oxuyur: Dilşad MUSAYEVA; Sözləri:Vahid ƏLİOĞLUnundur.

Xocalı faciəsi və soyqırımı elə bir ağır dərddir ki, uzun illər keçsə də xalqımızın, millətimizin qan yaddaşından heç vaxt silinməyəcək. Bu bəşəri kədəri və dərdi müxtəlif yazarlar hərəsi bir cür öz qələminin süzgəcindən keçirərək gələcək nəsilə ötürüb. Təbii ki, biz Xocalı soyqırımını təkcə fevralın 26-da deyil, bütün ilboyu xatırlamalı və bu faciəni dünyanın hər yerində səsləndirməliyik.
Bu mənada istedadlı şair Vahid Əlioğlunun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı rus alayı ilə erməni qoşunlarının Xocalıda törətdiyi dəhşətli qanlı faciənin qələmə alınması çox aktual bir məsələdir. O, "Xocalı" poemasını yazmaqla bir daha bu soyqırımı və bəşəri faciəni dünyanın diqqətinə çatdırır. Kitab Ümummilli Lider Heydər Əliyevin və prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı söylədiyi fikirlərlə başlayır. Kitaba ön sözü filologiya elmləri doktoru, professor Şamil Vəliyev yazıb. Ş. Vəliyev həmin qeydlərdə bir daha yada salır: "Xocalı soyqırımı ürəyimizə sancılan süngüdür. Bu süngünün yarası hələ də sağalmayıb, hələ də sinəmizi göynədir. Şair Vahid Əlioğlu da göynəyə-göynəyə "Xocalı" poemasını yazmış, ən dəhşətli, ən ağır faciəni qələmə almaqla bizləri həm də qəm gölündə boğulsaq da nikbin olmağa, gələcəyə ümidlə baxmağa sövq edir".
Kitabın redaktoru şairə-publisist Xatirə Əzizdir. Hiss olunur ki, Xatirə xanım da şair Vahid Əlioğlunun yazdığı hər misranın üstündə yarpaq kimi əsib və kitabın işıq üzü görməsində böyük əziyyət çəkib.
Əlbəttə, Xocalı faciəsi zamanı 613 nəfər qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 59 nəfəri uşaq və yeniyetmə, 70 nəfəri ahıl idi. 8 ailə bütövlükdə məhv edilib, 26 uşaq hər iki valideynini, 230 nəfər isə birini itirib. 487 nəfər əlil olub, 150 nəfərdən hələ də soraq yoxdur. 1275 nəfər soydaşımızı ermənilər əsir götürüb.
Bütün bu faciəni istedadlı şair "Xocalı" poemasında poetik dildə ifadə edir:

Dağlıq Qarabağda - cənnət məkanda,
Xocalı adlanan bir şəhər vardı.
Bülbüllər ötərdi hər bir bağında,
Yazı da, qışı da göz oxşayardı.

Amma ermənilər o yurdun altını-üstünə çevirdilər, nə qocaya qıydılar, nə hamilə qadına, nə də körpə uşaqlara. Qabağına kim çıxırdısa, onu ya güllələyirdilər, ya da süngüdən keçirirdilər. Şair həmin anları belə təsvir edir:

Bələyi açılmış körpəyə bir bax,
Onun sinəsində süngü yeri var.
Belə dəhşət olmaz, müsibət olmaz,
Ürəyim alışdı, yandım, a dağlar.

Güllə yağışları, tankların səsi,
Lərzəyə salmışdı bütün şəhəri.
Belə bir vəhşilik, belə barbarlıq
Hələ olmamışdı min ildən bəri.

Göründüyü kimi, şair Vahid Əlioğlu düşmənin vəhşi sifətini və iç dünyasını, qəddarlığını elə təsvir edir ki, oxucu bir daha bu misraları oxuyanda vəhşiliyə, qəddarlığa nifrət edir. Təbii ki, insan dünyaya gələndə insan kimi yaşamalı və insan kimi də köç etməlidir.
Amma bu faciəni törədən, bu soyqırımı törədənlərə heç vaxt insan demək mümkün deyil. Bunlar şeytandan da, iblisdən də betərdilər. Bunların nə uşağa, nə qocaya, nə də hamilə qadınlara yazığı gəlmirdi. Onların nə Allahı vardı, nə də Allahdan qorxusu.
Şair öz qəzəb hissini və nifrətini poemanın hər misrasında, hər sətrində özünəməxsus bir formada ifadə etməyə çalışıb və buna birmənalı olaraq nail olur:

Haraya baxırsan tərsə çönübdü,
Ocaq qaralıbdı, həyat sönübdü.
Elə bil təbiət daşa dönübdü,
Açılmır nə vaxtdır gül, Xocalıda.

Əlbəttə, belə bir poemanı qələmə alarkən şair ürəyinin sızıltılarını, ağrı-acısını duyursan. Hiss edirsən ki, şair poemanı yazıb başa çatdırana qədər min dəfə ölüb və min dəfə də dirilib. Amma şairə təsəlli olan budur ki, ürəyinin dərinliyindəki Xocalı məhəbbətini və düşmənə olan nifrət hissini vulkan kimi püskürə bilib. O yerdə ki, insan qəlbi var, o yerdə ki, insanlara güllə atılır, qan tökülür, ev yıxılır bəşər övladı heç vaxt bu cinayəti törədən insanları bağışlamır.
Şair Vahid Əlioğlu poemanın sonluğunu nikbin notlarla tamamlamaq istəyib və buna nail olub. Çünki hər bir kədərdən sonra insanın qəlbində bir ümid işığı boylanır. Və nə yaxşı ki, şair poemanın sonunda oxucuya bu ümid işığını aşılaya bilir:

Tökülən qan yerdə qalmaz,
Can yanmasa, göz də dolmaz.
Qarabağsız Vətən olmaz,
Sıraya düzlənin, gedək.

Qılıncı qından çıxarın,
Düşmənin bağrını yarın.
Qarabağa sülh aparın,
Sıraya düzlənin, gedək.

Bəli, bu millət, bu xalq ölkə prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mütləq o torpaqları erməni işğalçılarından azad edəcək, Xocalıda, Şuşada, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında Azərbaycan bayrağı dalğalanacaq. O xoş gün heç də uzaqda deyil!

Faiq QİSMƏTOĞLU


"Gözlərimin Bəbəyisən, BORÇALIM!.." = = = = = = = = = = Oxuyur: Dilşad MUSAYEVA; Sözləri:Vahid ƏLİOĞLUnundur.Xocalı soyqırımı ilə bağlı Çin dilində film nümayiş etdirilib

Bakı, 23 fevral, 2017, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xocalı soyqırımı ilə bağlı Çin dilində film nümayiş etdirilib. Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası təqdirəlayiqdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması üçün səylərini intensivləşdirməlidir.

ADU-nun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi Vahid Əlioğlu müəllifi olduğu “Xocalı” poemasından bir parça səsləndirib.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: