Fazil Mustafa: "İTv İsmayıl Ömərovun vaxtında daha baxımlı idi"

Fazil Mustafa: "İTv İsmayıl Ömərovun vaxtında daha baxımlı idi" Ictimai Televiziyanın rəhbərliyi dəyişdi. İnsafən qeyd etmək lazımdır ki, bu televiziya İSMAYIL ÖMƏROVun vaxtında daha baxımlı və öz funksional fəaliyyətinə daha yaxın sayıla bilərdi. Onun naşı kadrla əvəz olunması və televiziyanın qeyri-rəsmi şəkildə Alışanovun vücudu ilə idarə olunması bu televiziyanın kadr və proqram keyfiyyətini xeyli aşağı salmışdır.
Ümid etmək olar ki, İctimai Televiziya bu rəhbərlik dəyişikliyindən sonra yenidən həm fərqli fikirlərin tribunasına çevrilə biləcək, həm də daha maraqlı verilişlərlə cəmiyyətin rəğbətini qazanacaq. Əvvəllər təhsillə bağlı çox maraqlı verilişlər İmamzadanı elm məbədi kimi təqdim edən verilişlərlə əvəzləndiyindən burada xeyli hava təmizliyinə ehtiyac duyulacaq. Bu təmiz hava Az.Tv-yə də gedib çatsaydı, cəmiyyətin canı efir bayağılıqlarından qismən qurtarardı.


Fazil Mustafa,
Millət vəkili

ZiM.Az


..
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: