Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edildi

Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edildi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları tərəfindən akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edildi.

Kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış şairə-publisist, “Qızıl qələm” media mükafatı laureatı, BMT yanında Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, “El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, AVMVİB sədrinin ideoloji işlər üzrə müşaviri, 15 kitab və 50-ə yaxın mahnının müəllifi Nəsibə İsrafilqızı da yazdığı şeirlə akademik Rəfiqə Əliyevanın əziz xatirəsini yad etdi.

Şairə-publisist qələmə aldığı şeirini ziyarət zamanı qürurla səsləndirdi.

Səsləndirilmiş şeirin video lenti aşağıdakı keçiddə verilib: https://www.facebook.com/100008218096461/posts/3045997255684181/?d=n

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: