Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq Konfrans

Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq KonfransAzərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq Konfrans 2018-ci il sentyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində "Ziya Ocağı" İctimai Birliyi tərəfindən Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq Konfrans keçirilib.

Konfransı giriş sözü ilə tanınmış ziyalı, yazar İlahə xanım Bayandur açıb.
O, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verib.

Sonra "Ziya Ocağı" İctimai Birliyinin sədr müavini Ağasəf İmran çıxış edərək, ermənilərin törətdikləri vəhşiliklər nəticəsində minlərlə günahsız insanların öldüyünü, bunun bariz nümunəsi kimi Qubada olan məzarlığı və bu məzarlığın bütün dünyaya bir sübut olduğunu qeyd edib.

Daha sonra görkəmli jurnalist Xanoğlan Əhmədov, şəhid bacısı, müəllimə Müşfiqə Baxşıyeva, "Şərqin səsi" qəzetinin və "Zim.Az" saytının xüsusi müxbiri "Borçalı" NPM-nin ədəbi redaktoru, Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzi Suraxanı rayonu Mədəniyyət Şurasının sədri, şair-publisist Yunis Qaraxanov, gənc şairə İlhamə Əhmədova və başqaları
çıxış ediblər.

Sonda yenə də tanınmış ziyalı, yazar İlahə xanımın çıxışı ilə Konfrans öz işinə yekun vurub.

İlyas Əfəndi VƏFALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: