AĞLA, QƏRƏNFİL, AĞLA...

AĞLA, QƏRƏNFİL, AĞLA...
AĞLA, QƏRƏNFİL, AĞLA...

20 yanvar günü Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bir gündür. Getdikcə zəifləyən Sovet imperiyası xalqı idarə edə bilmirdi. Digər tərəfdən isə ermənistanın ölkəmizə qarşı ərazi iddiaları əhalini dahada hiddətləndirirdi. Azərbaycan xalqının azadlıq mübarizəsi daha da güclənirdi. Xalq artıq küçələrə toplaşır və sovet rejiminə etiraz edirdilər.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş Sovet qoşun hissələri küçələrə çıxıb öz etirazını bildirən günahsız əhaliyə qarşı atəş açaraq insanları qətlə yetiridilər. 121 nəfər insan qətlə yetrilmiş, 700 nəfərdən artıq insan yaralanmış və xəsarət almışdır. Sonrakı günlər daxil olmaqla 147 insan həlak olmuş, qeydə alınan 700 nəfər yaralının 25 nəfəri qadın, 20 nəfəri uşaq olmuşdur. Yüzlərlə insanın tökülən günahsız qanı ilə nəticələnən qanlı 20 yanvar faciəsi Qorboçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin vətənimizə qarşı xəyanətkar siyasətinə dözməyən öz azadlığına. Müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

20 yanvar faciəsinə ilk hüquqi siyasi qiyməti verən ümummilli liderimiz H.Əliyev oldu. O, faciədən sonrakı günü özünün həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Kommnist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı hadisəni qətiyyətlə pislədi, Azərbaycan xalqının kədərini bölüşdü.

Bu qanlı hadisədən 29 il keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.Hər il minlərlə insan 20 yanvar faciəsinin ildönümündə şəhidlər xiyabanını ziyarət edir şəhidlərin məzarı üstünə qərənfillər düzürlər. Xalqımızın qan yaddaşında əbədi yaşayan 20 yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzün günü kimi qey edilir. Allah bütün şəhidlərimizə rəhmət etsin.

CƏMALƏ,

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: