Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb

Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb Bu günlərdə Qusar rayonundakı Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbində
20 Yanvar tədbirlər planına uyğun olaraq "Unutsaq, unudularıq!" adlı Vətənpərvərlik mövzusunda
tədbir keçirildi.

Tədbirdə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun atası
Salman Qurbanov,
Qarabağ Veteranları Təşkilatının
sədri Canəli Gurmətov,
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Qusar rayon şöbəsinin nümayəndəsi,
şəhid Sərvər Abdulkərimovun oğlu Fərux Abdulkərimov,
şəhid Nəcəf Balaqadaşovun qardaşı Balaşirin Balaqadaşov,
Qarabağ qazisi Həsən Abdullayev, Məcidov Ramik,
kənd mədəniyyət evinin, kənd kitabxanasının nümayəndələri,
məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.


Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb Balaqusar kənd məktəbində şəhidin xatirəsi anılıb Tədbirdən əvvəl qonaqlar məktəbdə şəhidlərimizin xatirəsinə yaradılmış güşə və məktəbin hərbi otağı ilə tanış olmuşlar.

Tədbirdə çıxışlarla yanaşı Quba-Qusar batalyonuMilli Qəhrəman Çingiz Qurbanovdan bəhs edən videoçarx izlənildi.

Şagirdlərimiz onları maraqlandıran suallarla bağlı qonaqlara müraciət etdilər, kiçik sinif şagirdlərinin ifasında şeirlər dinlənildi.

Tədbirdə Azərbaycan ordusunun mübarizə əzmindən söz açıldı, şəhidin atası Salman Qurbanov yeniyetmələrə öz tövsiyələrini bildirdi.

Sonda qonaqlara təşəkkür edilərək bir qrup müəllim və şagirdlərlə xatirə şəkli çəkdirildi.

Zim.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: