Qəlbimizdə əbədi yaşayacaqsan

Qəlbimizdə əbədi yaşayacaqsan
İnsan var evdən gedir,
İnsan var eldən gedir.


Bu sabah bütün kənd üçün qüssəli kədərli oldu.

Hər kəs Qulaməli Cəfərovun ölüm xəbərini eşitdi.

Böyükdən kiçiyə qədər çox məyus oldular...

Qulaməli müəllim tək böyük bir nəslin yox, bütün kəndin ağsaqqalı idi.

Ömrünü təhsilə həsr etmişdi, 65 ildən artıq müəllim və rəhbər vəzifələrdə çalışmışdı.

Övladlarıyla yanaşı bütün şagirdlərinə daim tövsiyyəsi "oxuyun, millətimizə vətənimizə gərəkli vətəndaş olun" idi.

Böyükdən kiçiyə qədər hər kəsin qəlbində daim yaşayacaq əziz və hörmətıi Qulaməli Cəfərov.

Qəlbimizdə əbədi yaşayacaqsan Tanrıdan ona rəhmət diləyirik.

Yaxınlarına Allah səbr versin.


Ruhiyyə AĞAYEVA,
ZiM.Az





.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: