Bakı şəhəri Xətai rayonunda 09.08.1999-cu ildə dünyaya göz açan körpəsinə Sevda ana sevə-sevə Samir adını verdi. Samir ailənin sevinci idi. Cəmilə nənə göz yaşlarına hakim ola bilmir. Samir Əliyev nənə və ananın himayəsində böyüyür. 2005-2016-cı illərdə Xətai rayon 55 nömrəli tam orta məktəbdə təhsil alan Samir həm dostlarının,həm də müəllimlərinin sevimlisi idi .Dərs əlaçısı idi. Məktəblər arası keçrilən yarısmalarda birinci yerə çixmağını, fəxri diplomla təltif olmağında nənə və anasınin zəhmətlərini hər zaman dəyərləndirirdi. Qeyri adi uşaq idi bilik və bacarığı ilə yaşıdlarından fərqlənən Samir Əliyev əla qiymətlərlə orta məktəbi bitirdikdən sonra yüksək balla Heydər Əliyev adına Hərbi Ali Akademiyaya qəbul olur. Ali məktəbdə zehni bacarıği ilə fərqli idi.Dərslərinə çox önəm verirdi. 27.07.2020-ci il tarixində ali təhsilli zabit kimi Mingəçevir şəhərində "N" saylı hərbi hissədə xidmətə baslayır. 27.09.2020-ci ildə mənfur düsmənlərin başlatdığı müharibədə silaha sarılan Samir Əliyev Goranboy rayonu Gülustan kəndi uğrunda gedən döyüşlərdə cəsarətlə döyüşmüşdür. Suqovuşan Talışkənd uğrunda gedən ağır döyüslərdə düşmənin canına qorxu salan igid Samir xeyli sayda düsnənin məhv olmasına nail olmuş və 29.09.2020-ci il tarixində qəhramanlıqla şəhidlik zirvəsinə ucalmışdır.Cəmilə nənə Samiri ilk dəfə formada görəndə mənim balam vaxt gələcək sən general olacaqsan.Samir isə nənəsinin üzündən öpərək ən ali rütbə şəhidlik zirvəsinə ucalnaqdır deyir.Sevda ana sanki dönüb qalıb Samirin haqqında sözlərir pıçıltı ilə söyləyir mən balamı əziyyətlə böyütdüm,ata qayğısı görmədi,sevgisini duymadı,amma bu gün onunla qürur duyuram ki,belə ağılı ürəyi Vətən sevgisi ilə dolu oğul böyütdüm.
Samir nişanlı idi sentyabrda toyu olacaqdı arzularım sonsuz idi ürəyimdə qaldı.
Yeganə oğlu Samir
Böyüyüb boya çatdı,
Samirin hər addımı
Ürəyinə yatırdı
Deyirdi əziz anam,
Qalma məndən nigaran,
Aylar, illər ötəcək,
Sənə dayaq olacam
Dögurdanda aylar illər ötdü Samir anasına, nənəsinə, bütün el,obaya dayaq oldu.Amma qürur duyuram mənim oğlum qəhramandır.
Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev cənablarının sərəncamları ilə "Suqovuşanın azadlığı uğrunda", "Vətən uğrunda" medalları və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
ALIŞIR ÜRƏK
Ayrılığa dözməyir alışır ürək,
Yolunu gözləyir anayla,nənə,
Gedib baş daşını qucaqlayırlar,
Ürək də dözməyir fələk deyənə.
Atasız böyyən şəhidim Samir,
Sevda anasınin gərəyi idi,
Cəmilə nənənin igid nəvəsi,
Samir vətənpərvər bir oğul idi.
Ali təhsil vermək ana arzusu idi,
Samir ali təhsilli bir zabit oldu,
Silaha sarıldı vətən dardadı,
Qələbədə hamıdan birinci oldu
Ağır döyuslərdə fədakar oldu,
Əsla sarsıtmadı güllələr onu
Qorxmaz zabitin döyüs yolunda,
Göstərdi qəhraman,mərd olduğunu.
Döyüşdən bir gün əvvəl
zəng eylədi nənəsinə,
Əmanət eylədi anasını da,
Cəngavər, mərd, aslan şəhid Samirin
Qəlbinə dammışdi səhadəti də.
RAZİYƏ RZAYEVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.