Gürcüstanın paytaxtı
Tbilisinin Atoneli teatrında
gənc və istedadlı aktyor
Anar Rafiqoğlunun
“Zarafat Kolleksiyası 3” adlı stand-up komediya tamaşası olacaq.
ZiM.Az bildirir ki, sayca beşinci mono tamaşasına hazırlaşan aktyor, 2012-ci ildən bəri stand-up komediya janrı ilə məşğul olur.
O, Gürcüstanda bu sahədə fəaliyyət göstərən yeganə azərbaycanlı aktyordur.
Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetində təhsilini davam etdirən gənc aktyor bizimlə söhbətində bir neçə aydır ki, ssenari üzərində çalışdığını və müxtəlif mövzulu tənqidi zarafatlar hazırladığını söylədi.
O, həmçinin, yaxın gələcəkdə Gürcüstanın və Azərbaycanın bir çox bölgələrində tamaşalar verməyi planlaşdırdığını da qeyd etdi.
Qeyd edək ki, A.Rafiqoğlu hazırlayıb tamaşaçılara təqdim etdiyi tamaşalarda yalnız aktyor kimi deyil, həm də rejissor və ssenari müəllifi kimi çıxış edir.
Biz də gənc və istedadlı aktyor Anar Rafiqoğluna yeni-yeni uğurlar arzulayırıq!..
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.