Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi
Əli Əhmədov, YAP İcra katibinin müaviniləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov və YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı
Məlahət İbrahimqızı İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına baş sağlığı veriblər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Yeni Azərbaycan Partiyasının məsul işçisi Samirə xanım Quliyeva ZiM.Az-a bildirib ki, Yeni Azərbaycan Partiyasının adından Türkiyənin Azərbaycandakı səfirliyində terror qurbanlarının xatirəsinə əklil qoyulub.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.