Bu danışıqlarla vaxt udan ermənilər Dağlıq Qarabağın hüdüdlarından kənardakı ışğal etdikləri 7 rayonun ərazilərini də qədim erməni torpaqları elan edir, qədim adlarını dəyişir və bu əraziləri qondarma “DQR”in qondarma “Konstitusiyası”na da salırdılar. Bu isə açıq-aşkar ilhaq etmə siyasəti idi. Bunlarla bərabər, arxayınlaşdırıcı görüntü yaratmaq üçün ABŞ-ın Kiu-Est, İspaniyanım Madrid, Rusiyanın Peterburq və Kazan şəhərlərində nəticəsiz danışıqlara yenidən start verildiyi bildirilirdi. Bax beləcə baş qatan, heç bir nəticəsi olmayan mənasız danışıqlarla erməni tərəfi vaxt udmaqda davam edirdi. Bunlarla isə status-kvo dəyişdirilə bilməzdi. Minsak qpupuna daxil olan dövlətlərin başçıları isə bu barədə bəyanatlar verməklə kifayət-lənirdilər. Onlar elə bil anlamırdılar ki, mövcud vəziyyətin dəyişgirilməsi üçün birincisi işğalçı Ermənistana təzyiq göstərilməli və o səmimiliyə dəvət edilməlidir. Amma bunları etmək əvəzində ikili standartlar özünü göstərirdi.
Ermənistanda iki il bundan əvvəl hakimiyyət dəyişikliyi baş verdi. Özünü demokrat kimi qələmə verən, naşı bir adam- Paşinyan küçədən hakimiyyətə gəldi. O da danışıqlarda gözlənilən ümidləri doğrultmadı və hər şey tərsinə oldu. Radikal millətçilik mövqeyində duran Paşinyan danışıqlar prosesini ait-üst etdi. Mövcud vəziyyəti qoruyub saxlamaq, vaxt udmaq üçün sərsəm fikirlər səsləndirdi və əlindən gələn hər şeyi etdi. Üstəlik özünün və komandasının müharibə ritorikası günbə-gün artdı. Onun müdafiə naziri Tonoyan isə “biz yeni torpaqlar, yeni ərazilər uğrunda mübarizə aparacağıq”. Bu fikirlərlə iyulun 12-də Tovuza hücum edərək Azərbayca-nın bu regionda gerçəkləşdirdiyi Beynəlxalq Layihələri təhlükə altında qoymaq istədilər. Ancaq düşmənin bu planı da alınmadı. Qəhrəman ordumuz mövcud vəziy-yəti bu yöndə dəyişməyə çalışan avantüristlərin layiqli cavabını verdi.
Cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alındı, düşmənə layiqli cavab verildi. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, tövsiyə və tapşırıqları əsasında reallaşdırıldı. Azərbaycan Prezidenti xəbərdarlıq etmişdir ki, əgər iyul və avqust aylarında Azərbaycana qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq. Təəssüf ki, Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmadı və Azərbaycanın yeni ərazilərinə hücum niyyətlərindən əl çəkmək istəmədi. Onlar qondarma ”DQR”ın ərazilərinə Ermənis-tandan gələn qoşun və texnikanın yığılmasını davam etdirirdilər. Yeni təxribatlar törətməyə çalışsalar da layiqli cavablarını aldılar. Ancaq getdikcə şirnikləşən, sülh çağırışlarına məhəl qoymayan və azğınlaşmış Ermənistan 2020-ci ilin 27 sentyab-rında sübh tezdən bütün təmas xətti boyu ərazilərimizə hücuma keçdilər. Artıq Azərbaycan ordusunun əks-hücuma keçməkdən başqa yolu qalmadı. Beləcə, torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda Vətən müharibəsi başladı.
Ali Baş Komandanın rəhbərlik bacarığı, diplomatik siyasəti, döyüş hazırlığı, ordumuzun yüksək səviyyədə texniki, silah-sursat təminatı və ən əsası Ordumuzun ilk gündən qazandığı uğurlar hər bir azərbaycanlıda ruh yüksəkliyi və qələbəyə inam hissini gücləndirdi. Milli Ordumuz təcavüzkardan fərqli olaraq, müharibənin ilk günündən beynəlxalq normalara əməl edir və mülki əhalini atəşə tutmurdu. Hətta müharibənin qızgın çağında, əhalidə qisasçılıq hissinin son dərəcə yüksəldiyi günlərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müdi-riklik göstərərək Xankəndinin erməni sakinlərinə müraciət ünvanlayaraq bildirdi ki, bizim hədəfimiz yalnız işğalçı ordu və onun döyüşçüləridir. Azərbaycan ordusu heç vaxt mülki əhaliyə (düşmən tərəf olsa da) və onun infrastrukturlarına atəş açmaya-caqdır. Halbuki bunun tam əksi olaraq, işğalçı Ermənistan ordusu texnikasının və canlı qüvvəsinin tükəndiyi halda, öz faşist niyyətlərini mülki əhaliyə atəş açmaqla da göstərdi. Təcavüzkarlar dinc əhalinin yaşayış yerlərini, infrastrukturları ağır artilleriya atəşinə tutdular. Xocalı soyqırımında da, Tovuz hadisələrində də, 44 gün-lük Vətən Müharibəsi günlərində də Ermənistanın əsas hədəfi yaşayış məntəqələ-rimiz oldu. Bir andaca Naftalanda bütövlükdə bir ailənin üzvləri, o cümlədən iki məktəbli, erməni təcavüzünün qurbanı oldu.
Ərazilərimizin işğalçılardan azad edilməsi uğrunda gedən müharibənin şiddətli günlərində komandanlıq və ordumuz öz peşəkarlığını və xalqla birliyini nümayiş etdirdi. Azərbaycan əsgərinin əhval-ruhiyyəsi bir an belə düşmədi. Yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə gedib torpaqlarımızın işğaldan azad edilməsində iştirak etsinlər. Döyüş meydanında əldə olunmuş üstünlüklər, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərdi ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirə bilir. Yüksək peşəkarlığı və komandanlıq bacarığına malikdirlər. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbçilərlə müharibənin ilk günlərində görüşü zamanı dövlət başçısı dedi ki, "Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə qayıtsınlar. Vətən uğrunda haqlı savaşlarını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır, əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".
Yaralı əsgərlərimizə şəfa diləyən Azərbaycan Prezidenti onu da bildirdi ki, "mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir əsgər xüsusi qayğıya layiqdir. Bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz da var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
Yadımdadır o günlərdə Ali Baş Komandanın əsgərlərimizə baş çəkməsi, onlarla bölüşməsi, arzularını, tövsiyyələrini, təşəkkürünü bildirməsi, əsgərlərimizdə vətənpərvərlik hisslərinin, komandanlıqla ordu, xalq birliyinin və peşəkarlıq səviyə-sinin yüksək olması xalq içərisində bütün dünyaya göstərilən nümunə kimi qəbul edilmişdi. Elə bu birliyin təcəssümü sayəsində Azərbaycan Prezidentinin siyasəti qalib gəldi!.
Düşmən üzərində hər gün qazanılan qələbə, Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları bir daha gördülər ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi, pəra-kəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan, döyüşkən və regionun ən güclü nizami ordusu dayanıb. Çox böyük qürurverici göstəriciydi ki, müharibə başlayan gündən Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə döyüşə girmişdilər. Torpaqlarımızı işğaldan azad etmək və şəhidlərimizin qisaslarını almaq uğrunda müqəddəs borclarını yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirirdilər. Azərbaycan əsgəri yalnız öz gücünə, peşəkarlığına, xalqına və ən əsası Ali Baş Komandanına güvənərək düşməni işğal olunmuş torpaqlarımızdan qovmaqla, ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduğunu əzmkarlıqla dünyaya nümayiş etdirdi.
Yenilməz xalqımız, dövlətimiz, ordumuz yumruq kimi birləşdi, səfərbər oldu. Dağlıq Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq istəyi, səbir kasası daşmış xalqı heç nədən çəkinməmək durumuna gətirmişdi. Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında demişdi: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxma-yaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir. Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”.
Şanlı ordumuzun qəhrəmanlığı ilə 44 günlük Vətən müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər erməni işğalından azad edildi. İşğalçıların texnikasına, silah-sursatına və canlı qüvvəsinə ağır zərbə vuruldu. Azərbaycan Ordusu Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərini, bir gündə 70-dən çox kəndi, 8 strateji əhəmiyyətli yüksəkliyi erməni quldurlarından azad etməklə, Ermənistanı və ordusunu diz çökdürdü. Kapitulya-siyaya məcbur etdi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli, müzəffər Azərbaycan Ordusu qısa müddətdə yerinə yetirdi. Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin davamı olmaqla bərabər, son illərdə komandan-lığın, ordumuzun peşəkarlığının və inkişaf etməsinin döyüş meydanında göstəricisi oldu. Tanksız, topsuz, mərmisiz, PUA-sız, Azərbaycan əsgərlərinin igidliyi və mərdliyi hesabına Şuşanın azad olması əməliyyatı, qazanılmış uğurlarımızın zirvəsi kimi 44 günlük Vətən müharibəsi tarixinin şərəfli bir səhifəsinə çevrildi.
Dağlıq Qarabağ hadisələr başlayanda övladlarımın 1-2 yaşı var idi. Doğulub boya-başa çatdığım Laçın torpağı ermənilərlə sərhəddə üz-üzə idi. kəndimiz Cicimli isə Ermənistanın Gorus rayonunun Qornidzor kəndi ilə yanaşı yerləşirdi. Bağları-mızın onlarla arası 150 metr məsafədə olardı. Balaca üç para kənd, ermənilərin bəlkədə hər biri min evdən ibarət olan Qornidzor, Dığ (Tex) və Xınzirək kəndləri ilə əhatə olunmuşdu. Kənd camaatı o zaman ki, rəhbərlikdən güc və kömək görməsələr də özlərinin torpağa bağlılıqları hesabına sona qədər kəndləri tərk etmədilər. Sonda hər kəs canını götürüb qaçmaq məcburiyyətində qaldı…
İllər ötdü, düz 28 ildir ki, gizli-açıq fikirləşirdim əgər torpaqlarımız işğaldan azad olunmasa, gələcək nəsillər üçün böyük bir problem qalacaq, nəvə-nəticələrimiz bizi həmişə qınayacaqlar. Bizlər isə xəcalətli dünyamızı dəyişəcəyik. Çox şükürlər olsun ki, bu problem ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Ordumuzun gücü ilə öz həllini 44 günlük Vətən Müharibəsi ilə tapdı. Müqəddəs torpaqlarımız işğaldan tam azad olundu. Qarabağ və ətraf yeddi rayonun sakinləri üzərindən köçkünlük adı götürüldü. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Şükür ki,biz nəsil xalqımızın ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən ağır və qiymətli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu Fizulini,Cəbrayılı, Zəngilanı,Qubadlını, Xocavəndi, Suqovuşanı, 1992-ci il mayın 8-də zorla bizdən alınan Şuşanı 2020-ci ilin noyabrın 8-də və b. yaşayış məntəqələrimizi doğma sakinlərinə qaytardı. Kapitulyasiyaya məcbur edilmiş düşməndən üç tərəfli bəyan-naməyə əsasən Ağdam, Kəlbəcər və bir dekabrda isə heç vaxt verməyəcəkləri düşüncələri ilə yaşadıqları Laçın işğaldan azad edildi.
Hərbi əməlyatlar bir daha göstərdi ki, Vətən Müharibəsi peşəkar komandanlıq nümunəsidir. Belə ki, vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması çətin olardı. Müharibənin gedişi göstərdi ki, bütün əməlyyatın düzgün qurulması- kəşviyyat, artileriya, pilotsuz uşuş aparatları, xüsusi təyinatlılar, ordu korpuslarınin peşəkarlıq nümunəsi göstərməsi qələbəyə gətirib çşxarmışdı. Əslində müşahidələrimizə, mətbuatda verilən yazı və məlumatlara əsasən demək olar ki, əldə edilmiş böyük qələbədə bütün qoşun növlərinin öz payı olmuşdu. Ərazilərimizin işğaldan azad olunması uğrunda gedən 44 günlük müharibə ərzində xüsusi təyinatlı qüvvələrin, daxili qoşunların, təhlükəsislik xidmətinin, kəşviyyat xidmətinin və Naxçıvanda xidmət edən ordunun xüsusi qüvvələrinin böyük iştirakı olmuşdu. Onların hər birinin vahid komandanlıq altında öz vəzifələrinin olması müharibənin gedişində mövqelərimizin saxlanılması və azad olunmasında öz sözünü demişdi. Cəbhədə pilotsuz uçuş aparatlarının peşəkarcasına idarə edilməsi itgilərimizin minimuma endirilməsinə böyük rol oynamışdı. Bu aparatlar təkcə zərbə və kəşviyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi işini də yerinə yetirirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlhan Əliyevin rəhbərliyi altında formalaşmış Milli Ordumuz yeni nəsil hərbi texnikadan məharətlə istifadə etmə bacarığı, düşmən üzərində qələbədə xüsusi rol oynadı. Azərbaycan Ordusu ölkə-mizin ərazi bütövlüyünü bərpa edərək regionun ən güclü ordusu olduğunu bütün dünyaya göstərdi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında yer tutur. Müharibə günlərində Ordumuzun nümayiş etdirdiyi döyüş salnamələri Ermənistana, Beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barış-mayacaqdır. Bu deyilənlərə nümunə olaraq göstərə bilərik ki, hər bir kəndin, qəsə-bənin, şəhərin azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Ko¬mandanımıza, qəhrəman Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları, xalqımızın iradəsini sındırmayıb. Həmçinin Müharibədə qazanılmış möhtəşəm Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meyda-nın¬da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi göstərdi. İnformasiya müharibəsində təmkinlə, soyuqqanlıqla, Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı və təzyiqlərə cəsarətlə sinə gərdi. Xalqı ilə hər an birlikdə olaraq bir lider kimi mü¬barizlik və müdriklik rəmzinə çevrildi.
44 günlük Vətən müharibəsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan, cənab İlham Əliyevin rəhbərlik bacarığını, diplomatik uğurlarını, sərkərdə məharətini və Azərbaycan Ordusunun peşəkarlığı və qələbəsi timsalında Türkün gücünü bütün dünyaya göstərdi.
Şikar Qasımov,
Azərbaycan Texniki Universiteti,
Humanitar fənlər Kafedrasının professoru,
tarix elimlər doktoru.
YAP H.Cavid-25, ərazi ilk təşkilatının sədri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.