AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilibAzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib Azərbaycan Texniki Universiteti (AzTU) və
YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının
100 illiyinə həsr olunan tədbir keçirilib.


Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

AzTU-da keçirilən tədbirdə rektor Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Şahin İsmayılov, Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev, Fatma Yıldırım, Rüfət Quliyev və universitet nümayəndələri iştirak edib.


Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra “AzTU TV”nin Ulu Öndər haqqında hazırladığı video nümayiş etdirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, onun milli dövlətçilik strategiyasından danışıb. Bildirib ki, bugünkü müstəqilliyimizin təməli məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub. Rektor deyib ki, dahi şəxsiyyət Heydər Əliyev türk dünyasının lideri idi. Azərbaycanla türk dünyası arasında əlaqələrin qurulmasında Ulu Öndərin əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Rektor bildirib ki, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı da məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev və Rüfət Quliyev Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolundan danışıblar, onun ölkəyə rəhbərlik etdiyi illərdə misilsiz xidmətləri ilə bağlı fikirlər bildiriblər. Qeyd olunub ki, Ümmummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün zəngin irs qoyub. Xalqın yaddaşında xilaskar obrazı ilə qalan Heydər Əliyevin ideyaları daim yaşayacaq.

Çıxışlardan sonra AzTU-nun ictimai-sosial həyatında fəallıq göstərən partiya üzvləri YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan əməkdaş və tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: