Şirxan Adıgözəlovun "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi" kitabının təqdimat mərasimi keçirilib

Şirxan Adıgözəlovun "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi" kitabının təqdimat mərasimi keçirilib Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
hüquq elmləri doktoru Şirxan Adıgözəlovun
"Multikulturalizm: beynəlxalq təcrübə və
Azərbaycan nümunəsi"
kitabının
təqdimat mərasimi keçirilib.


Görüşü mərkəzin icraçı direktoru Azad Məmmədov açaraq,
onları mərkəzdə salamlamaqdan məmnunluğunu ifadə edib.
İcraçı direktor kitabı "Multikulturalizm ili"nin dəyərli nəşri kimi səciyyələndirib.

BBMM-nin baş məsləhətçisi Etibar Nəcəfov mərkəzin hazırda ölkənin 40, dünyanın 15 universitetində həyata keçirdyi tədris layihəsini, xüsusilə, vurğulayaraq, sözügedən nəşri gələcəkdə tədris prosesində qiymətli əyani vəsait kimi istifadə ediləcəyini qeyd edib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabda multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları prizmasından yanaşıldığını bildirib: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirməsinə verdiyi önəmin göstəricisidir".

Milli Məclisin deputatı Mahir Abbaszadə əsrlərdir Azərbaycanda müxtəlif etnik qrupların və fərqli etiqada malik insanların yanaşı yaşadığını bildirib və bundan sonra da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində, bundan sonra da bu dinc, qardaşcasına birgəyaşamın əsrlərlə davam edəcəyinə əminliyini ifadə edib.

Qırğızıstanın Azərbaycandakı səfiri Ayciğit Buranov, Giresun Universitetinin keçmiş rektoru, azərbaycanşünas-alim, professor Aygün Attar Azərbaycanda yaşadığı müddətdə bu ölkədə dünyada bənzəri olmayan unikal multikultural modelin və tolerant yanaşı yaşamanın əyani şahidi olduğunu qeyd edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev,
professorlar Sakit Hüseynov, Musa Quluzadə və b.
kitabla bağlı fikirlərinin bölüşüblər.

NƏZAKƏT, "SƏS",
27 dekabr, 2016.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: