AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü ZiM.Az-a bildirib ki, kitab müasir Azərbaycan ədəbi dilində işlənən və dilçiliyin punktuasiya bölməsində öyrənilən durğu işarələrindən, onların işlənmə məqamlarından, dildə daşıdığı funksiyadan bəhs edir.
Bundan başqa, kitabın sonunda durğu işarələrini tədris prosesində daha yaxşı mənimsətmək üçün orijinal poetik nümunələr verilmişdir.
Kitab şagirdlər, tələbələr, magistrantlar, doktorantlar, orta və ali məktəb müəllimləri, jurnalistlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.