Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb Bu günlərdə tanınmış alim və ictimai xadim, Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor
Rüfət Quliyevin
“Dünya iqtisadiyyatı və Azərbaycan” adlı yeni kitabı işıq üzü görüb.


Azərbaycanın sosial-iqtisadi modelinin uğurlu olmasından bəhs edən kitabda müəllifin 2008-2016-cı illər ərzində Azərbaycanda (əsasən “İqtisadiyyat” qəzetində) və xarici ölkələrdə nəşr olunmuş məqalələri toplanıb və həmin məqalələrə aktual baxışlar, yeni məlumatlar də əlavə olunub. Burada bildirilir ki, Azərbaycan, dünyada maliyyə və iqtisadi böhranın yaşanmasına baxmayaraq, dayanıqlı iqtisadiyyatını inkişaf etdirir.

Həmçinin, işguzar ezamiyyətlərin gedişində başqa ölkələrin iqtisadiyyatlarının xüsusiyyətləri, təsərrüfatçılığın qabaqcıl təcrübələri haqqında toplanmış məlumatlar müəllif tərəfindən dərindən təhlil edilib. Azərbaycan iqtisadiyyatı ilə onların müqayisələri aparılıb və bir çox nəticələr kitaba daxil edilərək məqalələrdə öz əksini tapmışdır.

Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb Kitabdakı məqalələr Azərbaycan iqtisadiyyatının inkişafının konkret sosial-iqtisadi məsələlərindən başlamış dünya iqtisadiyyatının ümumi problemlərinə həsr olunub.

Kitabın tematikasına müəllifin Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrində uzunmüddətli fəaliyyəti, Milli Məclisin, MDB Parlamentlərarası Assambleyasının nümayəndələri tərkibində MDB ölkələri parlamentləri üzvlərilə çoxsaylı görüşləri, həmçinin Böyük Britaniyada, İtaliyada, Fransada, Çin Xalq Respublikasında, Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Şimali Kiprdə, Ukraynada, Latviyada, Moldovada, Qazaxıstanda və digər ölkələrdə iqtisadçı alimlər ilə dünya iqtisadiyyatının problemləri barədə müzakirələri əhəmiyyətli təsir göstəribdir. Məlumat üçün bildirək ki, müəllif dəfələrlə beynəlxalq konfranslarda və BOSKO-nun təqdimatlarında fəal iştirak edib.

Müallif fürsətdən istifadə edərək “İqtisadiyyat” qəzetinin təsisçisi, hörmətli akademik, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri cənab Ziyad Səmədzadəyə bu məqalələrin müxtəlif vaxtlarda qəzetdə işıq üzü görməsi üçün yaratdığı şəraitə görə öz dərin təşəkkürünü bildirir.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olan müəllif Ukrayna ali təhsil ocaqlarının flaqmanı olan bu Universitetdə təhsil illərini böyük minnətdarlıq hissilə xatırlayır, onun bir şəxsiyyət kimi formalaşmasında, iqtisadçı alim kimi yetişməsində böyük xidmətləri olan müəllimlərinə, xüsusilə Universitetin rektoru, Ukrayna qəhrəmanı, akademik L.V.Quberskiyə Universitetin yüksək elmi səviyyəsini daha yüksəldib dünya elmi ictimaiyyətində layiqli yerə çatdırmasına görə öz dərin minnətdarlıq və təşəkkürünü bildirməyi özünə mənəvi borc sayır. Bu Universitetlə sıx əlaqələlər saxlayan müəllif, hətta bir sıra məqalələri öz yaxın dostu və həmkarı, Universitetdə müəllifin də professoru olduğu “Maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor J.A.Lyuti ilə birlikdə yazıb.

Bir sözlə, professor Rüfət Quliyevin “Dünya iqtisadiyyatı və Azərbaycan” adlı yeni kitabı iqtisadçı alimlər, doktorantlar, magistrlar, bir sözlə, dünya və Azərbaycan iqtisadiyyatının müasir dövrdəki problemləri ilə maraqlanan geniş oxucu dairəsi üçün qiymətli hədiyyədir.
Müəllifi təbrik edir və ona yeni-yeni uğurlar arzulayııq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: