“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub



Azərbaycan Milli Elmlər Akademiyası
Rəyasət Heyətinin təsisçisi olduğu
“Türkologiya” jurnalının 2017-cı il üçün
3-cü sayı işıq üzü görüb.


ZiM.Az xəbər verir ki,
Jurnalın bu sayında Azərbaycan,
rus, ingilis və türk dillərində
Respublikamızla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Cənubi Koreya və Almaniyadan olan alimlərin məqalələri yer alır.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri əhatə edən elmi jurnalın 3-cü sayında “Klassik irs–Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Yazılı Abidələr”, “Mifologiya” və “Müzakirə” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat” və “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu oxucuları üçün maraqlı etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayı üçün məqalə qəbulu davam edir.


Hüsniyyə ÇOBANOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: