Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub

Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub Bu günlərdə
Çexiyada nəşr edilən və
beynəlxalq bazalarda indeksləşdirilən
FILOLOGICKÉ VĚDOMOSTI (ISSN 2464-6768 MK ČR E 22429 № 4 2017) adlı jurnalda
AMEA Nəsimi adına Dilçilik İnstitutunun professoru
Sevil Mehdiyevanın
həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Aynel Məşədiyevanın
rus dilində işıq üzü görən “Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”) adlı kitabına yazdığı rəyi çap edilib.


Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili sifətlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunmuşdur.

Müəllif qeyd edir ki, monoqrafiya türk dillərində feili sifətin müqayisəli-tarixi aspektdə ilk müfəssəl tədqiqatdır.

Rəydə həmçinin qeyd edilir ki, tədqiqatçı türk dillərinin feili sifət formalarının mənşəyinin və qrammatik statusunun problemlərini əhatəli araşdırmışdır.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: