Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilib

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilibMəhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilib Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilib Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilibMəhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilib Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirilib 2017-ci il dekabrın 4-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi işçi Sona Xəyalın tərtib edib nəşrə hazırladığı və geniş ön söz yazdığı Bisəvad təxəllüslü Kərbəlayi Muxtarın “Əsərləri” və şairin oğlu Əhməd Anatollunun “Əlli il Azərbaycan səhnəsində” adlı kitablarının təqdimat mərasimi keçirilib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
ndən
ZiM.Az-a bildiriblər ki, təqdimatı Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov açaraq mədəni-tarixi və elmi-ədəbi irsimizin müxtəlif arxivlərdən toplanıb ərsəyə gəlməsində Sona Xəyalın xidmətlərindən danışıb.
Alim bu kitabların ilk dəfə çap olunduğunu və gələcəkdə ciddi tədqiqat obyektləri olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov 100 kitab ərsəyə gətirmiş Sona Xəyalın təkcə bu il ərzində 7 kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb. Ə.Nəcəfəov müəllifin elmi-tədqiqat istiqamətinin çoxşaxəli olduğunu, ədəbiyyatla yanaşı, tarix, tibb, coğrafiya və başqa sahələri də əhatə etdiyini vurğulayıb. Əhməd Anatollunun “Əlli il Azərbaycan səhnəsində” adlı əsərindən danışan Ə.Nəcəfov adıçəkilən kitabda böyük aktyor-yazıçının bütün səhnə əsərlərinin, xatirələrinin, şeirlərinin, publisistik yazılarının toplandığını bildirib. Kitabın tədqiqatçılar üçün qiymətli olduğunu vurğulayıb.

Sonra kitabın redaktorlarından olan Nəbibə Səfərova çıxış edərək kitab üzərində iş prosesindən danışıb. O, Əhməd Anatollunun aktyor kimi məşhur olmasına baxmayaraq, onun həm də istedadlı dramaturq, şair, yazıçı olduğunu bildirib. Redaktor onu da bildirib ki, məşhur məzhəkəçi kimi tanınan müəllif adətən, oynadığı səhnəcikləri özü yazıb. Bu səhnəciklər həm mənzum, həm mənsur, həm də nəzmlə nəsrin növbələşdiyi əsərlərdir.

Əhməd Anatollunun yetişdiyi mühitin yetirməsi olan, şair Həsən Qulamov Əlyazmalar İnstitutunun əməkdaşlarının yaradıcılığından qürur duyduğunu bildirib. Şair institutun əməkdaşlarının son dərəcə xeyirxah missiyaya imza atdığını, xalqımızın gizli qalan sərvətlərini üzə çıxardığını qeyd edib.

Şair-publisist Fəxrəddin Meydanlı Əhməd Anatollunun publisistik yaradıcılığından söz açıb. Sonra öz şeirlərindən nümunələr oxuyub.

Görkəmli tədqiqatçı və yazıçı Teyyub Qurban adıçəkilən kitabda toplanan əsərlərin daim yaşayacağını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri, şair Arif Buzovnalı Əlyazmalar İnsititutunda qorunan əlyazmaların toplanıb nəşrə hazırlanmasının çətinliklərindən danışıb.

Sonra şair Musa Ələkbərli, Hafiz Rüstəm, Ayaz Arabaçı və digərləri çıxış edərək nəşr olunan kitabların dəyərindən söhbət açıblar.

Sonda Əhməd Anatollunun nəticəsi Qorxmaz Səfərov kitabların ərsəyə gəlməsində xidməti olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, təqdim olunan hər iki kitab Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: