

tədbiri giriş sözü ilə açan
AMEA-nın prezidenti,
akademik Akif Əlizadə
ölkə rəhbərinin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli Sərəncamını xatırladıb.
Bildirib ki, dövlət başçısının
bu addımı onun ölkə tarixinə yüksək diqqət və qayğısının sübutudur.
AMEA rəhbəri qeyd edib ki, akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim olunan yeni kitabında arxiv materiallarına, mühüm sənədlərə əsaslanaraq tariximizin vacib məqamlarına dair faktlar oxuculara çatdırılır. Akademik Akif Əlizadənin sözlərinə görə, ölkə tarixi üçün yenilik hesab edilən kitabda aparılan tədqiqatlar və əldə olunan nəticələr akademiyada müvafiq sahədə prioritet istiqamətlərdə multidissiplinar araşdırmaların aparılmasına təkan verəcək.


AMEA-nın vitse-prezidenti yeni kitabın böyük aktuallığa malik olduğunu və müstəqil dövlətçilik təfəkkürünün daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. İlk dəfə ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusunun 1919-1920-ci illərdə İran ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında siyasi əlaqələrə dair mühüm tarixi mənbələrdən olduğunu deyib.
Kitabda yer alan 98 sənədin ilk dəfə elmi ictimaiyyətə təqdim olunduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, akademik Ramiz Mehdiyev bu nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu yenidən qiymətləndirib, həmin dövrdə aparılan diplomatik yazışmaları təhlil edib.


Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik
Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycan tarixinin öyrənilməsi baxımından kitabı yüksək qiymətləndirib, onun ərsəyə gəlməsində rolu olan bütün alim və mütəxəssislərə təşəkkürünü bildirib. Şərqşünaslıq İnstitutunda Mənbəşünaslıq şöbəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran alim institutda “Cümhuriyyət ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini deyib.

Ramiz Mehdiyevin Azərbaycan tarixinə dair qələmə aldığı hər bir əsərin xüsusi önəm daşıdığını
deyib.
Faktların oxucuya dəqiq və dolğun çatdırılmasında
kitab üçün istifadə olunan arxiv materialların tərcüməsi zamanı orijinallıq və diplomatiya üslubunun qorunmasının böyük rol oynadığını bildirib.
Sonda çıxış edən kitabın tərcüməçisi Şahin Yahyayev yeni faktlarla zəngin olan əsərin tariximizin bir sıra qaranlıq səhifələrinə işıq saldığını, həmçinin elmi dövriyyədəki bəzi yanaşmaları fərqli bucaq altında nəzərdən keçirməyə sövq etdiyini bildirib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.