ənənəvi olaraq 1936-cı ildən nəşr olunmağa başlayan
AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin
növbəti cildi işıq üşü görüb.
ZiM.Az xəbər verir ki, təqdim olunan cild institutun
gənc tədqiqatçıları və doktorantlarının elmi rəhbər və
məsləhətçiləri ilə birlikdə yerinə yetirdikləri tədqiqatların
elmi nəticələrinə həsr edilib. Burada məqalələr yalnız ingilis dilindədir.
Botanika İnstitutunun Elmi Əsərlərinin baş redaktoru institutun direktoru, akademik Validə Əlizadədir.
Alimin ön sözü ilə başlanan növbəti cilddə botanikanın müxtəlif sahələrinə, eləcə də mikologiyaya dair 20 məqalə yer alıb.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.