Bu günlərdə Tiflisdə, Gürcüstan Yazıçılar
Birliyinin Azərbaycan bölməsinin orqanı -
“Körük” aylıq ədəbiyyat və sənət dərgisinin
ilk sayı işıq üzü görüb.
Bölmənin rəhbəri Allahverdi Təkləlinin rəhbərliyi ilə çap olunan bu dərginin baş redaktoru İbrahimxəlil, redaktoru Coşqun Cəfər,
məsul katibi isə Əziz Dəlivəllidir.
Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsindən ZiM.Az-a bildiriblər ki, dərginin bu sayında Allahverdi Təkləlinin və “Körük”çülərin adlarına ünvanlanan təbrik məktubları; baş redaktor İbrahimxəlilin “Körük” səsi, “körükçü” nəfəsi” sərlövhəli giriş sözü; tanınmış yazıçı Eyvaz Əlləzoğlunun “Doğum” hekayəsi və onun adına elan edilmiş hekayə müsabiqənin mətni; GYB Azərbaycan bölməsinin rəhbəri A.Təkləli ilə müsahibə; A.Təkləlinin tərcüməsində Gürcüstan Yazıçılar Birliyinin sədri şair Bağatur Arabulinin şeirləri; Dilgəm Tanrıqulunun tərcüməsində gürcü yazıçısı Qoderdzi Çoxelinin “Çay yaddaşı” hekayəsi; Lətif Mustafaoğlunun şeirləri; Qaraqaşoğlunun tərcüməsində məşhur fransız yazıçısı Xulio Kortasarın “Günorta vaxtı ada” hekayəsi; gənc və istedadlı şair Coşqun Cəfərin; Fərman Qulamoğlunun; A.Təkləlinin tərcüməsində Mariya Svetayevanın; gənc və istedadlı şairə Bahar Zamanının şeirləri; yazıçı Cavid Zeynallının “Zəmanəmizin qəhramanı; A.Təkləlinin tərcüməsində Vladimir Nabokovun “Çorbun qayıtması”; Səfər Alışarlının “Qırmızı qovluq” hekayələri; Rüstəm Kamalın “Səsinə uçunub oyandığın türkü…”; şair Qismətin “Yazmağa başlayanlara rəngbarəng məsləhətlər” adlı yazıları; dərginin əməkdaşı Əziz Dəlivəllinin Tiflis Dövlət Peşəkar Dram Teatrının aktyor və rejissoru Turqay Vəlizadə ilə “Teatr asılqandan başlanır” sərlövhəli müsahibəsi; İbrahimxəlilin görkəmli gürcü yazıçısı Cabua Amirecibinin xatirəsinə həsr etmiş; Afiq Muxtaroğlunun “Kəmərin qırılması nəyə işarədir” adlı yazıları dərc olunub.
Dərginin bütün yaradıcı heyətini və dəyərli oxucularını ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.