Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub
TƏBRİK EDİRİK!..

Bu günlərdə AMEA
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika
şöbəsinin kiçik elmi işçisi
Gülnar Səmanın
Latviyanın Riqa şəhərində
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri”
adlı monoqrafiyası
rus dilində çap olunub.


Qeyd edək ki, Gülnar Səma (Gülnar Vaqif qızı Qasımlı)
2014-cü ildən Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin doktorantıdır.
Onun Latviyada çap olunan
bu kitabı da elə
filologiya üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün yazdığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiya mövzusu əsasında hazırlanıb.

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub Daha dəqiq desək, Azərbaycan dilində yazılan dissertasiya rus dilinə tərcümə edilərək Latviyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən yayımlanmışdır. Kitab müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edir.

Biz də gənc və istedadlı tədqiqatçı Gülnar xanımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Samirə KƏRİMOVA,
Aygül ÇOBANOVA
AMEA-nın dissertantı

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: