Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub Bu günlərdə Almanıyanın elmi və tədris ədəbiyyatının Avropa dillərində nəşri üzrə ixtisaslaşmış "LAP LAMBERT Academic Publishing" beynəlxalq nəşriyyatı tərəfindən Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” adlı monoqrafiyası dərc edilib.

Kitabda mifopoetikanın metodoloji və nəzərə məsələləri, arxetip mənaların və süjetlərin fəlsəfi-estetik məzmunu və bədii funksiyaları, müasir rus yazıçılarının yaradıcılıq axtarışlarında mifoloji və folklor elementlərinin rolu tədqiq edilib.

Monoqrafiyada rus nasirlərinin yaradıcılığında ənənəvi mənəvi-estetik dəyərlərin ifadəsinə, milli dünya mənzərəsinin özünəməxsusluğuna və ədəbi prosesin tipologiyasına xüsusi diqqət yetirilib. Kitabın ayrıca bölməsində başqa xalqların, ilk növbədə türkdilli xalqların nümayəndələrinin rus dilində yazdıqları nəsr əsərləri rus ədəbi prosesinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilib.

Kitab filoloqlar və rus ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Qeyd edək ki, müəllifin rus dilində yazdığı bu kitabın dərc olunması nəşriyyatın təşəbbüsü və vəsaiti hesabına həyata keçirilib.

Biz də dəyərli eloğlumuz, tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Hacıyevi Almaniyada yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcıklıq uğurları arzulayırıq!.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: