“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub 2018-ci il noyabrın 7-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları - Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın tərtib etdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının təqdimat mərasimi keçirilib.

ZiM.Az xəbər verir ki, Ədəbiyyat İnstitutunun elektron akt zalında keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli
açaraq ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlərin görüldüyünü xatırladıb.

Akademik ölkə rəhbərinin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 01 noyabr tarixli Fərmanını müstəqil respublikamızda dövlət dili istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasətin məntiqi davamı kimi səciyyələndirib.

O, dilçilik elminin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqamətlərin təşəkkülü, eləcə də elmlərin inteqrasiyası və diferensiyası nəticəsində təzə terminlərin yarandığını söyləyib.
Bildirib ki, yeni dilçilik sahələrinin yaranması bu istiqamətdə terminlərin toplanması, onların sistemləşdirilməsi və “İzahlı dilçilik terminləri lüğəti”nin tərtibi zərurətini yaradıb. AMEA-nın vitse-prezidenti lüğətin Dilçilik İnstitutunun əməkdaşlarının uzun illər apardıqları tədqiqatlarının bəhrəsi olduğunu deyib.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilmək üçün Nazirlər Kabinetinə göndərildiyini xatırladan alim 2019-cu ildə yeniləşdirilmiş orfoqrafiya lüğətinin ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb. Akademik bununla paralel olaraq, yeni orfoepiya və sinonimlər lüğətlərinin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - Sayalı Sadıqova, İsmayıl Məmmədli, İsmayıl Kazımov, Qəzənfər Kazımov və b. çıxış edərək kitabın nəşrinin Azərbaycan dilinin saflığının qorunması baxımından önəminə toxunublar.

Qeyd olunub ki, lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib. Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilib, o cümlədən terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əks olunub. Bundan əlavə, lüğətin tərtibi prosesində dilin öz daxili imkanları hesabına yaranan terminlər, rus dilindən, rus dili vasitəsilə başqa dillərdən alınan terminlər, ingilis dilindən birbaşa alınan terminlər və qohum türk dillərindən alınan terminlər əsas götürülüb.

Hüsniyyə ÇOBANOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: