“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”
Ədəbiyyatşünaslıq üçün yeni gərəkli toplu

Bu günlərdə
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA)
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın “Klassiklər və müasirlər
söz müstəvisində”
adlı məqalələr toplusu
nəfis şəkildə işıq üzü görüb.

Kitabda ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, müasir nəsr, həmçinin müasir poeziyanı əhatə edən tənqidi və elmi məqalələr ədəbiyyatın təşəkkül və formalaşma prosesini əks etdirir. Milli ədəbiyyatımızın və onun aktual problemlərinin əks etdirilməsi müxtəlif alim və söz xiridarlarının yaradıcılıqları əsasında həyata keçirilmişdir. Milli ədəbiyyatımızın tarixi təkamül prosesindəki konkret imkanlarını, klassik ənənələrin spesifik xüsusiyyətlərini, çoxəsrlik ənənələrin üzə çıxarılmasını əhatə edən məqalələr ədəbiyyatşünaslıq üçün gərəklidir və müxtəlif dövrlərdə mətbuatda nəşr edilmiş və elmi dairələrdə səsləndirilmişdir.

Salidə Şərifovanın “Klassiklər və müasirlər söz müstəvisində” adlı məqalələr toplusundakı
problemli məsələlərə yeni yanaşması və nəticələrin elmi-praktiki əhəmiyyətliyi ilə seçilən məqalələr
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan da,
məqalələr toplusunun yeniliyini nəzərə alaraq, elmi dairələr və ictimaiyyətə çatdırılması məqsədi ilə
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının
25 iyun 2018-ci il tarixli iclasının (9 saylı protokol) qərarı ilə çapa tövsiyə olunmuşdur.
Qeyd edək ki, AMEA-nın baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın
“Klassiklər və müasirlər söz müstəvisində” adlı məqalələr toplusunun
rəyçiləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri -
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu (Mustafayev)
Əməkdar Elm xadimi, profesor Məhərrəm Qasımlıdır.

Aygül ÇOBANOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı

ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: