Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin katibi,
“Ozan dünyası” jurnalının baş redaktoru,
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun
yeni kitabı işıq üzü görüb.
İndiyədək aşıq sənəti və ustad aşıqların həyat və
fəaliyyətindən bəhs edən “Ozan-aşıq dünyası”,
“Sazımız – sazbəndimiz”, “Aşıq Ələsgər”,
“Haqdan gələn saz”, “Xan Kamandar”,
“Hüseyn Saraçlı” və s. kimi bir neçə kitabı
işıq üzü görmüş müəllifin “Saza baxsın
tariximi yazanlar” adlı bu kitabı da
bütövlükdə aşıq sənətinə həsr olunub.
ZiM.Az xəbər verir ki, kitabda M.Nəbioğlunun
aşıq sənəti ilə bağlı son illərdə qələmə alıb
müxtəlif mətbuat orqanlarında çap etdirdiyi
elmi-publisistik məqalələri və Dədə Şəmşir,
Ağacan, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı,
Mikayıl Azaflı, Kamandar Əfəndiyev, Ədalət Nəsibov,
Ələsgər Tağıyev, İsfəndiyar Rüstəmov və digər
ustad aşıqlarımızın həyatından bəhs edən maraqlı
oçerkləri ilə yanaşı, qadın aşıqlarımız və sazbəndlər haqqında da ayrıca bölümlər var.
Eləcə də, müəllifin ayrı-ayrı vaxtlarda müxtəlif elm adamlarından və ustad aşıqlardan götürdüyü müsahibələr, kitablara yazdığı “Ön söz”lər, özünün verdiyi müsahibələr və kitabları haqqında yazılmış rəylər də kitabda yer alıb.
“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə filologiya elmləri namizədi Razim Məmmədlidir.
Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru,
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu yeni kitabının işıqüzü görməsi münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu yeni kitabının işıqüzü görməsi münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.