Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab

Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab Təbiəti tanımağın bir yolu da sual-cavabdır. “Ecoprint” nəşriyyatında “Təbiətin sirləri” adlı elmi və bədii-publisistik kitabın 2-ci hissəsi işıq üzü görüb. Kitabın müəllifləri unudulmaz təbiətşünas alim, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki, biologiya elmləri doktoru, “Şöhrət” ordenli professor, uzun illər Bakı Dövlət Universitetinin kafedra müdiri işləmiş mərhum Qara Mustafayev və onun yetirməsi, Bakı Dövlət Universitetinin doseni, şair-publisist Аnar Məmmədovdur.

Bu kitab Qara müəllimin öz yetirməsi ilə yarımçıq qalmış nəşrlərindəndir və kitaba uzun illər ərzində müəlliflərə verilmiş sualların cavabları daxil edilib. Sualların çoxu əhaliyə və ətraf mühitə aiddir. Təbiətlə cəmiyyət arasında mövcud olan bəzi sirrlər sual-cavab əsasında izah edilir.

Kitabın redaktorları kimya elmləri doktoru, professor Əyyub Əzizov, coğrafiya elmləri doktoru. professor Şövqi Göyçaylı, geologiya-minerologiya elmləri doktoru, professor-şair Hikmət Mahmud və biologiya elmləri doktoru, professor Canbaxış Nəcəfovdur. Kitabın rəyçiləri isə tanınmış jurnalistlər Rövşən RamazanlıÖtərxan Eltacdır.

Əmimink ki, Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan və ümumi oxucu kütləsi üçün nəzərdə tutulmuş bu yeni kitab, müəlliflərin digər əsərləri kimi, böyük maraqla qarılanacaqdır.

Aysel MƏDƏDLİ,
AMEA Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutunun elmi işçisi,
dissertant


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: