Akademiyası (AMEA)
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və
publisistika şöbəsinin
elmi işçisi Gülnar Səmanın
“Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabı bu günlərdə işıq üzü görüb.
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Elmi Şurasının
17 dekabr 2018-ci il tarixli
15 saylı qərarı ilə
“Elm və təhsil” nəşriyyatında
nəfis şəkildə çap olunan
kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın üz qabığının fotoqrafı isə Nofəl Ümiddir.
Gülnar Səmanın bu kitabında Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Tahir Talıblı, Rəşad Məcid, İbrahim İlyaslı, Akif Səməd, Elşən Əzim, Saqif Qaratorpaq, İnci Okumuş və b. tanınmış müəlliflərin kitabları haqqında məqalələrlə birgə, M.Müşfiq, N.Həsənzadə, F.Qoca, Z.Yaqub, M.Aslan, Y.Nəğməkar, M.İlqar, E.Zal, E.İsgəndərzadə, K.Qədim, B.Vüsal, M.Ələkbərli, B.Sadiq, Ə.Xələfli kimi görəmli şairlərin poemaları haqqında məqalələr də toplanmışdır.
Kitabda, həmçinin H.Cavid, A.Əmrahoğlu, Ə.İslam, F.Mehdiyeva, M.İsmayıl, V.Yusiflı, İ.Cavadoğlu, V.Məmmədli kimi müəlliflərin həyat və yaradıcılıqlarına aid məqalələrin əks olunduğu kimi, gənc yazarlardan Pərvinin, Arzu Hüseynin, Nuranə Nurun, Emin Pirinin, Elməddin Nicatın, Faiq Hüseynbəylinin, Ramil Əhmədin, Ruslan Dostəlinin, Elşad Ərşadoğlunun, Hafiz Hacxalılın, Şəfa Vəlinin, Şahanə Müşfiqin və başqalarının kitablarına həsr edilmiş məqalələr də yer almışdır.
Onu da qeyd edək ki,
Gülnar Səma
(Gülnar Vaqif qızı Qasımlı)
2014-cü ildən Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin doktorantı olmuşdur.
Ötən il isə onun
filologiya üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün
Azərbaycan dilində yazdığı
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiya mövzusu əsasında hazırladığı eyni adlı monoqrafiyası rus dilinə tərcümə edilərək Latviya Respublikasının paytaxtı Riqa şəhərindəki “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına vermişdir.
Bir sözlə, gənc və istedadlı elmi işçi Gülnar Səmanın istər Müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edən ilk monoqrafiyasını, istərsə də, elə bu günlərdə elmi ictimaiyyətin və eləcə də geniş oxucu kütləsinin ixtiyarına verilən “Sözümüz sözdür” adlı yeni kitabını biz müəllifin yeni uğuru hesab edirik.
Eyni zamanda, gənc və istedadlı tədqiqatçı Gülnar xanımı bu yeni uğurları münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.