Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub TƏBRİK EDİRİK!..

Bu günlərdə tanınmış Azərbaycan yazıçısı və dramaturqu,
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Tərcümə Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi,
Azərbaycan Yazıçılar Birliyinin “Şöhrət” ordenli üzvü
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub.


ZiM.Az xəbər verir ki, Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə
“Merani” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş kitaba
yazıçının müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İoann”,
“Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”,
“Dovşanın ölümü”
kimi hekayələri və “Azadlıq” romanı daxil edilib.

Kitabın redaktoruön sözünün müəllifi tanınmış şair, “İlya Çavçavadze” mükafatı laureatı,
Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli
dir.

Kitabı gürcü dilinə tanınmış yazıçı-şair İmir Məmmədli tərcümə edib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: