və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən
“Qoşa qanad” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib.
Ədəbi almanax AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin 22 may 2019-cu il tarixli, 5 saylı qərarı ilə çap olunub.
Kitaba Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyi tərəfindən
rəy verilib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki,
kitabın ideya və ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur.
Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır.
Kitabın kompüter düzümçüsü Arzu Novruzovadır.
Ədəbi almanax akademik İsa Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” adlı yazısı ilə açılır.
İki hissəli, 352 səhifədən ibarət olan ədəbi almanax “AFPoliqrAF” mətbəəsində çap olunub.
Kitabın birinci bölümü “Şeir”, ikinci bölümü “Nəsr” nümunələrindən ibarətdir.
Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb.
Şeir bölməsində İsa Həbibbəyli, Ziya Bünyadov, Vaqif Abbasov, İbrahim Əzizov, Vüqar Əhməd, Cəfər Quluzadə, Knyaz Məmmədov, İmaş Hacıyev, Tağı Hüseynov, İsmayıl Quliyev, Kübra Quliyeva, Zülfiyyə Quliyeva, Əflatun Baxşəliyev, Şakir Albalıyev, Nizami Muradoğlu, Əhməd Qəşəmoğlu, Oktay Bəyaz, Bəhram Basqallı, Rəşid Təhməzoğlu, Vüqar Cəfərov, Gülbəniz Babayeva, Səlimə Əyyubova, Ruşan Ruşanzadə, Atif İslamzadə, Lalə Əliyeva, Qiymət Məhərrəmli, Zəki Bayram (Yurdçu), Qəndab Əliyeva, Aygün İskəndərzadə, Zümrüd Mənsimova, Nigar Vəlizadə, Sevinc Rəcəbova, Telman Quliyev, Natəvan Bağırova, Fazil İsmayılov, Asya Əhmədova, Nərmin Hüseynova, Nazlı İbrahimova, Fatimə Əliyeva, Sevil İbrahimqızı, Yusurə Abdullayeva, Ramilə Cəfərli, Sevinc Hüseynova kimi müəlliflərin şeirləri nəşr edilib.
Nəsr bölməsində isə Kamran İmranoğlu, Salidə Şərifova, Mərziyyə Nəcəfova, Ələddin Məlikov, İlhamə Qəsəbova, MirNamik Bəşirov, Səlimə Əyyubova, Sadıq Qarayev, Göyərçin Mustafayeva, Rəşid Fətəliyev, Nicat Məmmədov, Əsmər Hüseynova, Natəvan Bağırova, Fazil İsmayılov, Vüsalə Əbdüləli qızı, Nərmin Hüseynova, Aynur Cəlilova, Mənzər Niyarlı, Turxanım Hümbətova kimi əməkdaşların hekayələri yer alıb.
Ümumilikdə kitabda ayrı-ayrı elmi fəaliyyət sahələrini əhatə edən alimlərin müxtəlif mövzulu və formalı bədii nümunələri cəm olunub.
Həmçinin Elmlər Akademiyasının Ədəbiyyat, Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri, Memarlıq və İncəsənət, Şərqşünaslıq, Botanika, Coğrafiya, Dilçilik, Folklor, Radiasiya Problemləri, Torpaqşünaslıq və Aqrokimya, Fəlsəfə, Mərkəzi Nəbatat Bağı, Ədəbiyyat Muzeyi, Fizika, Zoologiya kimi institutlarında çalışan tədqiqatçılar bədii əsərləri sayəsində bir araya gəliblər.
Aygül ÇOBANOVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.