Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da satışa çıxarılıb

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da satışa çıxarılıbAzərbaycan Universitetinin professoru Asif Hacıyevin Türkiyədə nəşr edilmiş “Ahıska türk folkoru”“Rus ədəbiyyatında Qurani-Kərim” kitablarının elektron variantları beynəlxalq Amazon.com şirkəti tərəfindən satışa çıxarılıb.

Universitetdən ZiM.Az-a bildirilib ki, Atatürk Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan “Ahıska türk folkloru”“Şərq Kitabxana Yayımları”nın türk dilinə tərcümə edərək çap etdiyi “Rus ədəbiyyatında Qurani-Kərim” kitabları bu mövzulara həsr olunmuş ilk elmi əsərlər kimi Türkiyədə və digər ölkələrdə böyük maraqla qarşılanıb. Ahıska türklərinin folkloru və mifologiyası, etnik mədəniyyəti və tarixinin tədqiqi ilə hələ 1980-ci illərin ortalarından məşğul olan Asif Hacıyev bu mövzuda Azərbaycanda və xarici ölkələrdə çap olunmuş bir sıra kitabların və məqalələrin müəllifidir. Bu əsərlərdə Ahıska türklərinin mədəniyyəti, mifoloji və dini inancları, etnoqrafiyası, folklor və ədəbiyyatı, sürgün dövründə baş verən siyasi, etnoloji proseslər, eləcə də Ahıska türklərinin Azərbaycanda məskunlaşması, onlara ölkəmizdə olan dövlət qayğısı, ictimaiyyətin doğma münasibəti tədqiq olunur.

Asif Hacıyevin daha əvvəl Azərbaycanda nəşr olunmuş “Rus ədəbiyyatında Qurani-Kərim” kitabı Türkiyənin Şərq Kitabxana Yayımlarının təşəbbüsü ilə türk dilinə tərcümə edilərək böyük tirajla nəfis şəkildə çap olunub. Müəllifin bu monoqrafiyası da Türkiyə elmi ictimaiyyətinin, akademik dairələrin və təhsil müəssisələrinin diqqətini cəlb edib. Kitab haqqında nüfuzlu mətbuat orqanlarında və elmi məcmuələrdə müsbət rəylər çıxıb. Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin rektorluğu professor Asif Hacıyevi universitetə dəvət edərək bu kitabın təqdimat mərasimini keçirib.

Səfər zamanı universitetin “15 Temmuz Konqres Mərkəzi”ndə Ədəbiyyat və İlahiyyat fakültələrinin müəllim, doktorant, magistrant və tələbələrindən ibarət 400-dən çox iştirakçı qarşısında professor Asif Hacıyev “Rus ədəbiyyatında Qurani-Kərim” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan mədəniyyətinin rus ədəbiyyatına təsiri də ətraflı şərh olunub, ədəbi əlaqələrin xalqların və mədəniyyətlərin dialoqunda rolu vurğulanıb. Azərbaycanlı alimin Kayseridəki bu çıxışı, eləcə də həmin universitetdə “Çağdaş Azərbaycan və rus ədəbiyyatı”, Türk Ocaqları Kayseri şöbəsindəki “Müstəqillik dövrü Azərbaycanda multikulturalizm” mövzusunda çıxışları Türkiyənin nüfuzlu mətbuat orqanları, internet səhifələri və televiziya kanalları tərəfindən geniş işıqlandırılıb.

Filoloq, tarixçi, etnoqraf, etnoloq, ilahiyyatçı, mədəniyyətşünas mütəxəssis və tələbələr üçün dəyərli məxəz olan hər iki kitabın Türkiyə nəşrlərinin Amazon.com tərəfindən satışa çıxarılması azərbaycanlı alimin araşdırmalarına və bütövlükdə ölkəmizdə aparılan humanitar tədqiqatlara beynəlxalq miqyasda elmi marağı təsbitləyən göstərici kimi dəyərləndirilə bilər.

Aygül ÇOBANOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: