Kitabın müəllifləri professor Sevil Mehdiyeva, dosent Türkan Əskərova və Şahnazxanım Şükürzadədir.
Tədqiqat zamanı mənbə kimi İ.Nəsiminin Azərbaycan türk “Divan”ı materialları linqvistik araşdırmalardan keçirilmiş böyük şairin Azərbaycan ədəbi dilinin xəlqi və milli istiqamətlərinin anadilli vasitələri diqqət mərkəzində olmuşdur.
Akademik Nizami Cəfərov və professor Nizami Xudiyevin redaktorluğu ilə çap olunan kitab Azərbaycan klassik ədəbiyyatı, dili və üslubuna maraq göstərənlər , bakalavr və magistr pilləli tədqiqatçılar, filoloq-tələbələr, Azərbaycan ədəbi dilinin tarixi mütəxəssisləri ali və orta məktəb müəllimləri üçün ilk elmi mənbə kimi də faydalı ola bilər.
Kitabda qeyd olunur ki, Nəsimi XIV əsr Azərbaycan ədəbi dilinin ən nəhəng şairidir. Nəsiminin böyüklüyü onda idi ki, o, bütün mürəkkəb fəlsəfi fikirlərini də doğma ana dilində yazdı və bununla, ilk dəfə olaraq, Şamaxıda – ailə içində anasından eşitdiyi sadə, doğma, məhrəm Azərbaycan dili sözlərinə ədəbi dil səlahiyyəti verdi, ədəbi dili xəlqi söz və ifadələrlə zənginləşdirmək missiyasını uğurla yerinə yetirdi.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.