filologiya üzrə fəlsəfə doktoru,
dosent Tamilla İstafil qızı Əliyevanın
“Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı
monoqrafiyası çapdan çıxıb.
ZiM.Az xəbər verir ki, monoqrafiyada tarixə
Qafqaz müharibəsi kimi düşmüş hadisələrin –
Şimali Qafqazda dağlılarla dövlət strukturları arasında
200 ilə yaxın davam edən toqquşmaların
rus ədəbiyyatında təsviri şərh olunur.
Mütəxəssislər və filoloq tələbələr üçün nəzərdə tutulan
monoqrafiyanın elmi redaktoru tanınmış ədəbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru, professor Asif Hacılıdır.
Xatırladırıq ki, Tamilla İsrafil qızı Əliyeva -
1965-ci il yanvarın 3-də qədim Borçalı mahalının
Başkeçid (indiki Gürcüstanın Dmanisi) şəhərində
anadan olmuşdur.
Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1972-ci ildə Dmanisi şəhər orta məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə həmin məktəbi bitirmişdir.
Orta məktəbi bitirdikdən sonra, 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olmuş və 1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1991-1994-cü illərdə həmin institutun əyani aspiranturasında oxumuş, 1994-cü ildən həmin institutun ədəbiyyat nəzəriyyəsi kafedrasında əmək fəaliyyətinə başlamışdır. O, eyni zamanda, 2005-2009-cu illərdə Qərb Universitetində, 2009-2010-cu illərdə Xəzər Universitetində müəllim, 2012-ci ildə Azərbaycan Turizm İnstitutunda “Turizmin Linqvistik təminatı” kafedrasının dosenti, rus dili müəllimi, 2014-2015-ci illərdə isə Ardahan Üniversitesində Rus Dili və Ədəbiyyatı ögrətmən görəvi vəzifəsində də çalışmışdır.
Tamilla Əliyeva 1997-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1999-cu ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona filologiya elmləri namizədi alimlik dərəcəsi,
2012-ci ildə isə dosent elmi adı verilmişdir.
O, 2009-2010-cı ildə Avropa proqrammı ilə Qrand qazanmış və Bolgarıstanın Russe şəhərində, Angel Kınçev adına Universitetdə 01.04.2010-30.09.2010-ci ilə kimi elmi fəaliyyətini davam etdirmişdir.
12.09.2012-ci il tarixinli 1475 saylı əmr ilə 2013-cü il üçün BSU-nun “Ədəbiyyat nəzəriyyəsi” kafedrasınına - ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid 5715.01 ixtisası üzrə Elmlər doktoru proqramları üzrə doktoranturaya ayrılmış qəbul planına əsasən əyani doktoranturaya qəbul olunub. Dissertasiyasının mövzusu - «XX əsrin sonu - XXI əsrin əvvəllərində rus və Azərbaycan nəsrində posmoderniz».
16 may 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Bələdçilərinin və Tərcüməçi-gidlərin Attestasiya Komissiyası Turizm Bələdçisinin şəhadətnaməsi verilib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Tamilla İstafil qızı Əliyeva 2015-ci ilin aprelindən isə
Polşada, Krakov Unıversıtetındə «XX əsrin sonu - XXI əsrin əvvəllərində rus, gerb və
Azərbaycan nəsrində posmoderniz» haqqında araşdırmalar aparır.
Bu günlərdə isə Xəzər Universitetinin nəşriyyatında onun “Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı monoqrafiyası çapdan çıxıb.
Biz də, Tamilla xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir
və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Filologiya üzrə fəlsəfə doktoru
ZiM.Az
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.270-272;
II nəşr, 2020, səh.270-272).
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.