“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

 “VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin dəstəyi ilə “Vətən oğulsuz olmasın” adlı kitab nəşr olunmuşdur.

Kitabın redaktoru və ön sözün müəllifi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri şair, publisist Güllü Eldar Tomarlıdır.


“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda Ümummilli lider Heydər Əliyevin Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı hər iki tarixi şəxsiyyətin çıxışları, Mirvarid Dilbazinin Heydər Əliyevə həsr etdiyi şeirlər toplanmışdır.
Kitaba ön söz yazan Güllü Eldar Tomarlı yeni nəşri sədri olduğu Ictimai Birliyin Ulu Öndərin 100 illiyinə və “Heydər Əliyev ili”nə töhfəsi kimi dəyərləndirmişdir. Ön sözdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi, həm də Moskvada fəaliyyət göstərdiyi dövrdə ədəbiyyatımızın inkişafında rolu, xidmətləri, qayğısı, söz və sənət adamlarına diqqəti önə çəkilmişdir. Bu kitabın əsas məramıdır.
Cavidi Vətənə gətirən Vaqif və Cavid məqbərəsinin “memar”ının, dünyanın tanınmış ölkələrində Nizaminin 840, 850 illik yubileylərinin keçirilməsinin, Bakının mərkəzində bir çox şair və yazıçıların heykəllərinin ucaldılmasının Heydər Əliyevin tarixi xidməti olduğu da ön sözdə öz əksini tapmışdır.
Mirvarid Dilbazi Ümummilli liderin həmişə diqqətində olmuş, onun poeziyasındakı hiss və duyğuların saflığını görüşlərdə xüsisi vurğulamışdır. Təsadifi deyil ki, ağbirçək Xalq şairi ona səmimi və ərkyana “oğlum” deyə müraciət edirdi.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar İttifaqının, sonradan Yazıçılar Birliyinin bütün qurultaylarında iştirakı və proqram əhəmiyyətli nitqləri ədəbiyyata qayğının mükəmməl sübutu kimi kitabda qeyd olunmuşdur.

Kitabda toplanan Mirvarid Dilbazinin Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi şeirlər Azərbaycan ədəbiyyatı tarixində qiymətli söz inciləri kimi yadda qalacaq.
İnaniriq ki, “Vətən oğulsuz olmasın” kitabını geniş oxucu auditoriyası maraqla qarşılayacaq.


Vüsal Sehranoğlu,
Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müşaviri

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: