“Radio Engineering and Telecommunications Waveguide Systems in the Microwave Range - Modeling and Synthesis” (Dalğaötürən tipli ifrat yüksək tezlik diapazonlu radiotexniki və telekommunikasiya sistemləri - modelləşdirilmə və sintez) adlı monoqrafiya radiotexnika və telekommunikasiya üzrə elmi-tədqiqat əsəridir. AzTU professorunun monoqrafiyası Azərbaycan üzrə bu sahədə “Springer” nəşriyyatında çap olunan ilk nəşrdir.
Monoqrafiyada düzbucaqlı və dairəvi dalğaötürən tipli ifrat yüksək tezlik diapazonlu radiotexniki və telekommunikasiya sistemlərinin modelləşdirilməsi və sintezi üçün ədədi üsullar sistemləşdirilib və bu sistemlərin analizi, optimal sintezinin nəzəri əsasları verilib, yeni tədqiqat nəticələri təqdim olunub.
E-tip və H-tip dalğalarında işləyən ifrat yüksək tezlik diapazonlu sistemlərin analizi, optimallaşdırılması və sintezi üçün ilk dəfə olaraq HFSS kompleksindən istifadə edilib. Analiz və sintez nəticəsində texniki və istismar parametrləri yaxşılaşdırılan ifrat yüksək tezlik diapazonlu müxtəlif qurğular işlənib hazırlanıb və onlar əsasında televiziya qüllələrində verici ilə anteni birləşdirən yeni dalğaötürən trakt sistemi təklif edilib.
Monoqrafiya radiotexnika və telekommunikasiya sistemlərinin layihələndirilməsi ilə məşğul olan mühəndis-texniki və elmi işçilər üçün nəzərdə tutulub. Nəşrdən tələbə, magistrant və doktorantlar da yararlana bilərlər.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.