Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb Tanınmış söz adamı, alim və diplomat Hacan Hacısoyun “Yurdum-yuvam” adlı şeirlər kitabı nəşr olunub.
Qeyd edək ki, H.Hacısoy vətəndaş mövqeyilə, insana, vətənə və xalqa sevgisiylə seçilən ziyalıdır, onun bu məziyyəti yazılarında da özünü göstərir.


Müəllif özünün qələmə aldığı “Önsöz”də kitabla bağlı bəzi məqamlara aydınlıq gətirib: “Birinci məqam ondan ibarətdir ki, istərdim bu kitaba rast gələn oxucu onu əlinə götürüb “Növbəti şeir kitabı” kimi tez-tələsik yerinə qoymasın. Çünki indiki dövrdə oxucu onsuz da “şeirlər kitabı” bolluğu içində, demək olar ki, batıb-barınıb, sözümüzü, poeziyamızı urvatdan salan yazarlar arasında çaşıb qalıblar. İkinci məqam isə bu kitabın çap olunması ilə bağlıdır. Kitab çap etdirmək, özü də şeir kitabı çap etdirmək həddən artıq məsuliyyətli bir işdir axı”.

Kitabdakı şeirlər “İki sahil arasında körpü ikən, İki könül arasında fəryad oldun”, “Məni öz əlimdən qurtar, İlahi!”, “Haqqın dərgahı”, “Allah, bu sevgini günaha yazma”, “Poemalar” başlığı altında yer alıb. Şairin Vətənə həsr olunan şeirlərində doğma Azərbaycanımızın gözəllikləri, zəngin tarixi keçmişi əks etdirilib. Kitabda görkəmli şəxslərə həsr olunan şeirlər də var. Bunlardan Zahid Qaralovun 70 illik yubileyinə “El ağsaqqalı”, akademik Vasim Məmmədəliyevə həsr olunan “Haqqın dərgahı”, ustad Ələsgərə ithafən yazılan “Çəkirsən” və başqa poetik nümunələr maraq doğurur. Kitabda sevgiyə həsr olunan şeirlərdə saf sevginin tərənnümü də öz uğurlu ifadəsini tapıb. Nəşrin son bölümündə “Dərd örnəyi-Vətən” və “Yurdum-yuvam” poemaları verilib.

1946-cı ildə qədim Qaraçöp mahalında dünyaya gələn Hacan Hacısoyun bu gün 65 yaşı tamam olur.
Çalışdığı hər bir sahədə xalqımıza layiqincə xidmət edən bu dəyərli insanı yubiley yaşı münasibətlə ürəkdən təbrik edir, cansağlığı, yeni uğurlar arzulayırıq!


HÜSNİYYƏ

525-ci qəzet.- 2011.- 19 mart.- S.17.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

Yeni nəşrlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayev ...

Yeni nəşrlər, Başkeçid
KÖVRƏK DUYĞULARIN TÜĞYANI

KÖVRƏK DUYĞULARIN TÜĞYANI

, "XXI əsrin Ziyalıları", Qaraçöp
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Hacan Hacısoy Beynəlxalq Mükafata  laiq görülmüşdür

Hacan Hacısoy Beynəlxalq Mükafata laiq görülmüşdür

ADNSU, Qaraçöp, Təbriklər
Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, AzTU, İqtisadiyyat
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

"Zirvə", Təbriklər
Yeni kitab:

Yeni kitab: "Kaş ki sevəydin məni"

Borçalı, "Region-Press"
Qürbət elin yanğısı!

Qürbət elin yanğısı!

Sumqayıt, Ədəbi tənqid
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Rəy yazın: