Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıb

Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıbTƏBRİK EDİRİK!..

Bu günlərdə Gürcüstanın Kvemo-Kartli - Borçalı Quberniyasının qədim Qarayazı (indiki Qardabani) rayonunda azərbaycan dilində “Yeni Yol” adlı ictimai qəzet nəşrə başlayıb. İlk sayı artıq oxucuların ixtiyarına verilmiş səkkiz səhifəlik qəzetin təsisçisi “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı”, redaktoru isə istedadlı qələm sahibi, tanınmış şair-jurnalist Afiq Muxtaroğludur.

“Hələlik içtimai əsaslarla yayımlanan və pulsuz paylanan qəzet ayda iki dəfə, hələlik 8 səhifə həcmində çıxır, 3-cü nömrədən 12 səhifəyə keçmək istəyirik. Hər dörd nömrədən bir ədəbiyyat səhifəsi də verməyi düşünürük”, – deyə Afiq Muxtaroğlu bildirib.

Biz də "Yeni Yol"un baş redaktoru Afiq Muxtaroğlu başda olmaqla, qəzetin bütün yaradıcı heyətini ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!..
Arzu edirik ki, "Yeni Yol"un yolu daima açıq, işığı gur, oxucusu bol, ömrü uzun olsun!..



Müşfiq BORÇALI.






.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: