Seçiminiz UĞURLU olsun!..

Seçiminiz UĞURLU olsun!.. 09 Fevral 2020-ci il
Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə
34 saylı Xətai 2-ci seçki dairəsində
Seçiminiz UĞURLU olsun!..


Şərifov Uğurlu Lətif oğlu - 20 sentyabr 1969-cu ildə
Gürcüstanın Zalqa rayonundakı Culuxlu kəndində anadan olmuşdur.

1987-1994-cü illərdə “Azərbaycan İnşaat-Mühəndisləri
İnstitutu”nun “Avtomobil yolları və təyyarə limanlarının
tikintisi” ixtisası üzrə ali təhsil almış və keçmiş SSRI-nin
Almaniya Demokratik Respublikası ərazisindəki qoşunlarında hərbi xidmətdə olmuşdur.

1994-2018 illərdə “Azərsənayetikinti” Dövlət Şirkəti,
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, “Trialeti”
QSC, AKKORD ASC və EVRASCON ASC-də
müxtəlif rəhbər vəzifələrdə işləmiş, hal hazırda təsisçisi
olduğu AZBİLDİNQ QRUP MMC-nin direktorudur
və “Soydaş” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.

Əsas əmək fəaliyyəti nəqliyyat - infrastruktur (avtomobil yolları) tikintisi, inşaat materiallarının istehsalı
ağır inşaat texnikaları, güc avadanlıqları və yük avtomobillərindən ibarət texniki parkın təşkili və idarə olunması
beynəlxalq daşımaçılıq və logistika xidməti, həmçinin aktiv ictimai fəaliyyət göstərməkdən ibarət olmuşdur.

1996-2009-cu illərdə logistika, idarəetmə və idrak nəzəriyyəsi üzrə ayrıca ixtisasartırma kursları keçmişdir,
rus, ingilis dillərində danışır.

Evlidir, 2 övladı var, siyasi partiya üzvü deyil və məhkumluğu yoxdur.


Seçiminiz UĞURLU olsun!..Uğurlu Şərifovun təsisçisi və İdarə Heyətinin
üzvü olduğu “Soydaş” İctimai Birliyinin
əsas fəaliyyət istiqaməti
dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın sosial, mədəni, təhsil və
digər sahələrdə yaranan problemlərinin
ictimailəşdirilməsi və həllinə dəstək
olmaqdan ibarətdir.


Eyni soydan olan və dünyanın müxtəlif ölkələrində
yaşayan Azərbaycan Türklərinin ideyaca özündə
birləşməsini nəzərdə tutan “Soydaş” İctimai Birliyi
yeni formalaşacaq parlamentin ilk iclaslarında
“Soydaş Haqqında Qanun”un müzakirəyə çıxarılmasına dəstək olacaqdır.
Bu qanunun mahiyyəti dünyaya səpələnmiş soydaşlarımızla onların yeganə mili-müstəqil dövləti olan Azərbaycan arasında hər cür əlaqələrin möhkəmlənməsinə, nəticədə Azərbaycanın beynəlxlaq siyasi-iqtisadi sahədə nüfuzunun daha da artmasına, yaşadıqları ölkələrdə “milli azlıqlar” statusuna düşən soydaşlarımızın isə vətəndaşı olduğu ölkələrdə daha inamlı yaşayıb fəaliyyət göstərə biləcəklərinə xidmət edəcəkdir.

Biz də dəyərli soydaşımız Uğurlu Şərifova uğurlar arzulayırıq!..


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: