Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb
TƏBRİK EDİRİK!...

Tanınmış Azərbaycan yazıçısı, akademik Kamal Abdullanın Rusiyanın məşhur “Хudоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib...” (“Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan
ən yüksək mükafata -
“Qızıl Delviq”ə layiq görülüb.


Rusiyada geniş oxucu kütləsinin diqqətini çəkən bu kitab intellektual nəsrin inkişafına verdiyi töhfələrə görə dəyərləndirilib.

Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat “Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.

“Müasir nəsr” nominasiyasında qalib olan Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə
“Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, akademik Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır.
2015-ci ildə yazıçının İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.

Akademik Kamal Abdullanı “Qızıl Delviq” adlı yeni beynəlxalq mükafatla təltif olunması münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi, bədii və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: