Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə Azərbaycan-Polşa
IV Beynəlxalq elmi konfransı keçirilib.


Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, konfransda səfirliyin müşaviri
Ülvi Baxşəliyev
artıq ənənəyə çevrilmiş və ildən-ilə daha çox elmi işçinin cəlb olunduğu Azərbaycan-Polşa konfransının bu il də uğurlu və məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib. O, keçirilmiş əvvəlki üç konfrans kimi bu konfransın materiallarının da nəşr olunacağını qeyd edib.

Diplomat, həmçinin aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçdiyini, yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində mülki əhalinin, hərbi qulluqçularımızın qəhrəmancasına həlak olduğunu bildirib.

Sonra çıxış edən Varşava Universitetinin türkologiya fakültəsinin dekan müavini, professor Piotr Taraxa Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bu konfransın hər il təşkil olunmasından məmnunluq duyduğunu deyib.
O, iştirakçılara elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayaraq konfransı açıq elan edib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin İrəvan xanlığına köçürülməsi, regionda aparılan demoqrafik dəyişikliklər və son günlərdə təmas xəttində baş verən hadisələr haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

Həmçinin AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi professor Bədirxan Əhmədov, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin professoru Fərhad Rəhmanov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantları - fəlsəfə doktoru Gülşən Ağabəy, Müşviq Çobanov, Varşava Universitetinin fəlsəfə doktorları Məleykə Hüseyn, Şəhla KazımovaKamila Stanek, magistrant Viaçeslav Çernev, Yaqellon Universitetinin fəlsəfə doktoru Qrajına Zayonts, Yaqellon Universitetinin magistrantı Aqata Pavlina, Yan Pavel II Universitetinin magistrantı Qjeqoj Qilevski, Vrotslav Universitetinin fəlsəfə doktoru Marçin Şenkeviç, Bartoş Mendık, Kamil Sobçak və b. maraqlı məruzələrlə çıxış ediblər.

Konfransda "ELM VƏ MƏDƏNİYYƏT", "ƏDƏBİYYAT VƏ DİLÇİLİK""TARİX və MÜASİR SİYASİ ƏLAQƏLƏR" adlı
3 bölmədə 15 məruzə dinlənilib.

Məruzələrdə əsasən Azərbaycanın elmi, mədəni, siyasi və iqtisadi əlaqələrindən bəhs olun­ub.

Alimlərin məruzələri böyük marağa səbəb olmuş və geniş müza­ki­rələr do­ğurub.

Konfransdan sonra iştirakçılar Azərbaycanın və Polşanın məşhur bəstəkarlarının əsərlərindən ibarət konsertə tamaşa ediblər.

Konsert zamanı gənc və istedadlı bəstəkar-pianoçu Gezim Kardalın ifası xüsusi alqışlarla qarşılanıb.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: