AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib Bu gün - 20 aprel tarixində "Molla Nəsrəddin" jurnalının ilk sayının Tiflisdə işıq üzü görməsinin yeni təqvimlə 110 illiyi tamam oldu.

Aprelin 20-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunan “Sizi deyib gəlmişəm...” mövzusunda elmi konfrans keçirilib.


Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, Millət vəkili, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən və şərəfli tarixindən söz açıb. Bildirilib ki, Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxıb. Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi və redaktorluğu ilə jurnalın 25 ildə 748 nömrəsi işıq üzü görüb. “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib.

Qeyd edilib ki, C.Məmmədquluzadənin rəhbərliyi ilə mollanəsrəddinçi şairlər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin ədəbi məktəbi”ni yaradıb, milli istiqlal ideyaları və realist-satirik ədəbiyyatın inkişafı uğrunda mübarizənin möhkəm ideya-siyasi cəbhəsini formalaşdırıblar.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını ətrafında toplaya bilib. Dövrünün tanınmış sənətkarlarından Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.

Bu jurnal Azərbaycanda realist, demokratik, satirik realist ədəbiyyatın yaranmasına çox böyük təkan verib.

Konfransda Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Asif Rüstəmlinin "Molla Nəsrəddin" jurnalının Təbriz dövrü", fil.ü.f.dok. Gülbəniz Məcnun qızının isə "Molla Nəsrəddin" jurnalında ədəbiyyat məsələləri" mövzusunda məruzələri böyük maraqla dinlənilib.

Tədbirdə AMEA-nın akademik-katibi Teymur Kərimli iştirak edib.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: